Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 21:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Еј халгым, еј хырманда буғда кими дөјүлмүш халгым! Исраилин Аллаһы Ордулар Рәббиндән ешитдијими сиэә билдирмишәм.

参见章节 复制




YEŞAYA 21:10
13 交叉引用  

İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vaxtı gələndə xırman yeri necə tapdalanırsa, Babil xalqı da elə olacaq. Qısa müddətdən sonra Onun da biçin zamanı gələcək».


Rəbb belə deyir: «Ey Sion qızı, Qalx, xırmandakı taxılını döy! Səni dəmir buynuzlu buğa kimi, Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm. Sən çox xalqları əzəcəksən, Onların qənimətini Mənə – Rəbbə, Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən».


Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».


Əlli süvaridən, on döyüş arabasından və on min piyadadan başqa, Yehoaxazın daha qoşunu qalmadı, çünki Aram padşahı onları xırmanda toz kimi əzmişdi.


Yer üzündə qəzəb içində gəzdin, Millətləri hiddətlə tapdaladın.


Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm».


O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».


Buğdanı çörək bişirmək üçün xırmanda döyürlər, Amma o fasiləsiz döyülməz. Xırmanın üstündən araba və atlar keçsə də, buğdanı əzməz.


Yuxu görən peyğəmbər yuxusunu söyləsin. Amma sözüm nazil olan adam onu dəqiq danışsın. Daha buğdanın yanında saman nədir?» Rəbb belə bəyan edir.


Şir nərə çəkəndə Kim ondan qorxmaz? Xudavənd Rəbb söyləyəndə Kim peyğəmbərlik etməz?


跟着我们:

广告


广告