Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 21:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq: Cənubdan necə fırtınalar gəlirsə, Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq: Cənubdan necə fırtınalar gəlirsə, Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Дәниэ саһилиндәки сәһра барәсиндә хәбәрдарлыг: Ҹәнубдан неҹә фыртыналар ҝәлирсә, Сәһрадан, дәһшәтли өлкәдән дә елә бир фәлакәт ҝәлир.

参见章节 复制




YEŞAYA 21:1
21 交叉引用  

«Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir.


Babili çay basacaq, Onu gurlayan dalğalar örtəcək.


Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:


Onda Rəbb xalqının üzərində görünəcək, Onun oxu şimşək kimi çaxacaq. Xudavənd Rəbb şeypur çalacaq, Cənub qasırğaları ilə irəli gedəcək.


Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək.


Axır zamanda isə cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə qasırğa kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək.


yadelli millətlərin ən rəhmsizi onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk etdi.


O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi ilə Ölkəni yerlə yeksan etmək üçün gətiriləcək. Misirə qarşı qılınc çəkəcək, Ölkəni ölülərlə dolduracaq.


Tufan otağından çıxır, Soyuq şimal yellərindən gəlir.


Onların oxları iti, yayları da dartılmışdır. Atların dırnaqları çaxmaq daşına bənzər, Döyüş arabalarının təkərləri qasırğa kimidir.


Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od içində kükrəyən metal kimi bir şey var idi.


Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz”.


Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək.


Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.


Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”.


Ey bakirə Babil qızı, Düş aşağı, torpaqda otur. Ey Xaldey qızı, Artıq taxt yoxdur, yerdə otur. Bundan sonra sənə “Zərif, nazlı” deməyəcəklər.


Rəbb belə deyir: «Mən Babildə və Lev-Qamayda yaşayanlara qarşı Həlakedici bir külək əsdirəcəyəm.


Biz utandıq, Çünki təhqir eşitdik, Üzümüzü rüsvayçılıq örtdü. Çünki yadellilər Rəbbin məbədinin Müqəddəs yerlərinə girdi.


跟着我们:

广告


广告