Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 15:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı, Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı, Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Моав барәдә хәбәрдарлыг: Моавын Ар шәһәри бир ҝеҹәјә харабалыға дөндү, дағылды, Моавын Кир шәһәри бир ҝеҹәјә виранәлијә дөндү, дағылды.

参见章节 复制




YEŞAYA 15:1
20 交叉引用  

Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq.


Çünki Xeşbondan atəş, Sixonun şəhərindən alov çıxdı; Moavın Ar şəhərini, Arnonun təpələrinin başçılarını Yandırıb məhv etdi.


Rəbbin əli bu dağın üstündə olacaq, Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.


Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır.


Buna görə Moavlılar Moav üçün fəryad edəcək; Hamısı fəryad edəcək, Qir-Xaresetin kişmiş kökələrini Yada salaraq inləyib kədərlənəcək.


Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq:


Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir».


Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:


Onlar şəhərləri dağıtdılar, hər yaxşı tarlanı daşlarla doldurdular, bütün bulaqların gözünü tutdular və hər yaxşı ağacı kəsdilər. Yalnız Qir-Xaresetin daşları yerində qaldı, ancaq sapandçılar onu da mühasirəyə alıb vurdular.


“Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz.


Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”.


O, Moavın istehkamlarını, Yüksək divarlarını yerə endirəcək, Dağıdıb yerlə yeksan edəcək.


Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”.


Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını, Nə cür təkəbbürlü olduqlarını eşitdik, Boş yerə öyünürlər.


跟着我们:

广告


广告