Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 13:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Budur Rəbbin günü gəlir, Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin, Oradakı günahkarları məhv etsin.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

9 Budur Rəbbin günü gəlir, Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin, Oradakı günahkarları məhv etsin.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

9 Будур Рәббин ҝүнү ҝәлир, Амансыэлыгла, гејэлә, гыэғын гәэәблә ҝәлир ки, Јери сәһраја дөндәрсин, Орадакы ҝүнаһкарлары мәһв етсин.

参见章节 复制




YEŞAYA 13:9
27 交叉引用  

Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.


Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar.


Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir!


Rəbb qısqancdır, qisas alan Allahdır, İntiqam alır, qəzəblə doludur, Düşmənlərindən qisas alır, Yağılarına qarşı qəzəblidir.


Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq.


Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».


Ordular Rəbbinin qəzəbi Ölkəni od kimi yandırdı, Xalqı alov yandırıb-yaxır, Qardaş qardaşa rəhm etmir.


Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız.


Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək.


Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.


Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq.


Budur, Rəbbin günü gəlir! Ey Yerusəlim xalqı, sənin qarət olunmuş mallarını gözlərin önündə bölüşdürəcəklər.


Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.


Çünki Rəbbin qisas günü var, Siona edilən zülmlərin intiqam ili var.


Çünki qisas günü qəlbimdə idi, Xalqımı satın aldığım il gəldi.


«Bağlara girmək üçün Özlərini təqdis edib pak edənlər, Mərkəzdə duranın ardınca gedərək Donuz, siçan və digər murdar heyvanların Ətini yeyənlərin hamısı məhv olacaq» Rəbb bəyan edir.


Çünki o gün yaxındır, Rəbbin günü yaxındır. O gün buludlu gündür, Millətlərin qiyamət günüdür.


Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, Çünki Rəbbin günü gəlir, Həmin gün yaxındadır.


O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür!


跟着我们:

广告


广告