Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 13:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

22 Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

22 Сарајларында ҝорешәнләр чығыраҹаг, Ҝөэәл имарәтләриндә чаггаллар ҝәэәҹәк. Бабилин сону јахынлашыр, О ҝүнләр теэ ҝәлиб чатаҹаг».

参见章节 复制




YEŞAYA 13:22
19 交叉引用  

İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vaxtı gələndə xırman yeri necə tapdalanırsa, Babil xalqı da elə olacaq. Qısa müddətdən sonra Onun da biçin zamanı gələcək».


Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək. Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək.


Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz.


Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır.


Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.


Saraylarında tikanlar, Qalalarında gicitkən və böyürtkən bitəcək. Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq.


Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”.


Çünki saray viranə, İzdihamlı şəhər boş qalacaq, Qala ilə gözətçi qülləsi Əbədilik mağaralara çevriləcək, Vəhşi eşşəklərin gəzdiyi, Sürülərin otlaq yeri olacaq.


Mənim seçdiyim xalqıma su içirtmək üçün Çöllükdə su verdiyimə görə, Quru torpaqda çaylar yaratdığıma görə, Vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq.


«Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb.


«Moavın fəlakəti gəlmək üzrədir, Onun bəlası sürətlə yaxınlaşır.


Çaqqallar belə, balalarına əmcək verir, Onları əmizdirir. Əziz xalqım isə insafı atır, Səhra dəvəquşularına oxşayır.


Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam, Ayaqyalın, lüt-üryan dolaşacağam, Çaqqal kimi ulayacağam, Bayquş kimi səs salacağam.


«Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir.


Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək, Təkələr bir-birini səsləyəcək, Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq.


Ora sürülərin, hər cür heyvanın Yatdığı yer olacaq. Orada sütun başlarında, Bayquşlar, yapalaqlar yuva quracaq, Onlar pəncərələrdən ulayacaq, Qarğalar kandarlardan qarıldayacaq Evlərdə sidr tirləri görünəcək.


跟着我们:

广告


广告