Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 13:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Мән Аллаһ Содомла Һоморраны неҹә дағытдымса, Падшаһлыгларын ән ҝөэәли олан, Халдејлиләрин ҹалалы вә гүруру олан Бабили дә елә јыхаҹағам.

参见章节 复制




YEŞAYA 13:19
23 交叉引用  

«Bu, şan-şöhrətim üçün böyük qüdrətimlə paytaxt kimi tikdiyim böyük Babil deyilmi?»


Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı,


Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki, Moav mütləq Sodom kimi, Ammon Homorra kimi olacaq: Oraları alaqlar və duzlu çalalar basacaq, Əbədi viranəliyə dönəcək. Xalqımın qalanları oranı talan edəcək, Torpaqlarına millətimdən sağ qalanlar Sahib olacaq».


“Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.


Şeşak necə alındı! Bütün dünyanın qürurlandığı yer Necə dəhşətli hala düşdü. Babil millətlər arasında Necə dəhşətli hala düşdü!


Sodomla Homorranı və ətrafındakı kəndləri Allah necə dağıtdısa, Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq.


Rəbb deyir: «Sodomla Homorranı və ətrafındakı kəndləri Necə dağıtdımsa, Orada da kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq.


Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq.


Yeşayanın qabaqcadan söylədiyi kimi: «Əgər Ordular Rəbbi Bizim xalqdan bir neçə Sağ qalan adam qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik».


Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını –


Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına, Dənizdə gəmisi olanların hamısının Oranın çox qiymətli malları ilə Varlandığı böyük şəhər! Çünki bir saat içində viran oldun».


bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi.


Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq:


Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».


Rəbb deyir: «Ey Xaldey qızı, Qaranlığa çəkil, sakitcə otur! Çünki bundan sonra səni daha Padşahlıqların mələkəsi çağırmayacaqlar!


Hamınız toplaşın, dinləyin! Bütlərdən hansıdır bu şeyləri bəyan edən? Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək, Onun əli Xaldeylilərə qarşı qalxacaq.


Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm.


Səndən künc və təməl daşı götürməyəcəklər, Sən əbədi bir viranə olacaqsan» Rəbb belə bəyan edir.


Ölkə titrəyib lərzəyə gəlir! Çünki Rəbbin Babilə qarşı niyyəti – Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti Yerinə yetməlidir.


De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”.


跟着我们:

广告


广告