Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 13:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

13 Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

13 Буна ҝөрә дә Мән Ордулар Рәбби, Гыэғын гәэәб ҝүнүндә Гејэлә ҝөјләри титрәдәҹәјәм, Јер үэү ләрэәјә ҝәләҹәк.

参见章节 复制




YEŞAYA 13:13
27 交叉引用  

Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq, Göy və yer sarsılacaq. Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq.


Amma o günlərin əzab-əziyyətindən dərhal sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək.


Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.


Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq.


Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.


Ey yoldan keçənlərin hamısı, Bu iş sizin üçün boşdurmu? Baxın dərdimə, bunun kimisi varmı, Mənim başıma gətirilən dərd başqasında olarmı? Rəbb qəzəbdən alovlananda Bu dərdi başıma tökdü.


Başınızı qaldırıb göylərə nəzər salın, Aşağıya, yer üzünə baxın. Çünki göylər dağılacaq tüstü kimi, Yer üzü paltar kimi köhnələcək. Beləcə yer üzünün sakinləri də qırılacaq. Lakin Mənim xilasım əbədidir, Salehliyim sonsuzdur.


Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq.


Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar.


Rəbb yeri sarsıtmağa qalxanda Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Hər bir insan qayalıqdakı mağaralara, Yerin altındakı xəndəklərə qaçıb girəcək.


Ordular Rəbbinin qəzəbi Ölkəni od kimi yandırdı, Xalqı alov yandırıb-yaxır, Qardaş qardaşa rəhm etmir.


Rəbb dənizin üzərinə əlini uzatdı, Padşahlıqları titrətdi, Kənanın istehkamlarının dağılması haqqında əmr verdi.


Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq.


Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Göylərin pəncərələri açılacaq, Dünyanın təməlləri sarsılacaq.


Yer üzü çatlayacaq, çatlayacaq, Dünya yarılacaq, yarılacaq, Dünya lərzəyə gələcək, lərzəyə gələcək!


Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq: Cənubdan necə fırtınalar gəlirsə, Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.


Ey bakirə Babil qızı, Düş aşağı, torpaqda otur. Ey Xaldey qızı, Artıq taxt yoxdur, yerdə otur. Bundan sonra sənə “Zərif, nazlı” deməyəcəklər.


Rəbb belə deyir: «Mən Babildə və Lev-Qamayda yaşayanlara qarşı Həlakedici bir külək əsdirəcəyəm.


跟着我们:

广告


广告