Biblia Todo Logo
在线圣经

- 广告 -




YEŞAYA 11:16 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

16 İsrail övladları Misir torpağından çıxdığı kimi Rəbbin Aşşurda sağ qalan xalqı üçün Böyük bir çıxış yolu olacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

16 İsrail övladları Misir torpağından çıxdığı kimi Rəbbin Aşşurda sağ qalan xalqı üçün Böyük bir çıxış yolu olacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

16 Исраил өвладлары Мисир торпағындан чыхдығы кими Рәббин Ашшурда сағ галан халгы үчүн Бөјүк бир чыхыш јолу олаҹаг.

参见章节 复制




YEŞAYA 11:16
18 交叉引用  

O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.


O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq.


Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın!


Rəbb deyir: «Tikin, tikin, yol hazırlayın! Xalqımın yolundakı əngəlləri götürün!»


Dənizi, dərin suları Sən qurutmadınmı? Satın alınan xalqının keçməsindən ötrü Dənizin dərinliklərini yola çevirən Sən deyildinmi?


Budur, xalqım uzaq yerlərdən, Kimisi şimaldan, kimisi qərbdən, Kimisi isə Sinim ölkəsindən gələcək».


O gün böyük şeypur çalınacaq, Aşşur torpağında itkin düşənlərlə Misirə sürgün edilənlər gəlib Yerusəlimdə Müqəddəs dağda Rəbbə səcdə edəcək.


Əgər Ordular Rəbbi Bizim üçün bir neçə adamı sağ qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik.


O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq.


Mən bütün dağlarımı yola döndərəcəyəm, Yollarımı hamar edəcəyəm.


Bu ölkə Yəhuda nəslindən qalanların əlinə keçəcək, Sürülərini orada otaracaqlar, Axşam Aşqelondakı evlərində yatacaqlar, Çünki özlərinin Allahı Rəbb onları yada salaraq Yenə firavan edəcək.


İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu.


跟着我们:

广告


广告