Biblia Todo Logo
在线圣经

- 广告 -




YEZEKEL 8:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

6 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

6 О мәнә деди: «Еј бәшәр оғлу, ҝөрүрсәнми нә едирләр? Исраил нәсли бурада чохлу ијрәнҹ ишләр едир ки, Мән Мүгәддәс мәканымдан уэаглашым. Һәлә бундан да ијрәнҹ шејләр ҝөрәҹәксән».

参见章节 复制




YEZEKEL 8:6
32 交叉引用  

Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm.


Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.


O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör».


Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.


O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub.


Mənim adımla çağırılan bu məbədə iyrənc bütlərini qoyaraq onu murdarladılar.


bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».


Rəbb bəyan edir: «Peyğəmbər də, kahin də allahsızdır, Məbədimdə pisliklərini gördüm.


Ona görə ki Yəhuda övladları gözümdə pis olan işlər gördü” Rəbb belə bəyan edir. “Mənim adımla çağırılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar.


Yəhuda şəhərlərində, Yerusəlim küçələrində onların nə etdiklərini görmürsənmi?


Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi.


Camaatın və icmanın arasında Az qala hər cür bəlaya düşəcəkdim».


İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.


O vaxt Rəbb onların etdiklərini mənə göstərdi. O bunu mənə aşkar etdi, mən də xəbərdar oldum.


O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var.


Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Bütlərinizdən dönün, onları rədd edin və bütün iyrənc işlərinizdən üz döndərin.


Fəqirə və yoxsula haqsızlıq edirsə, Soyğunçuluq edirsə, Girovu qaytarmırsa, Gözlərini bütlərə dikirsə, İyrənc işlər görürsə,


O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi.


Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi.


Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın.


O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən».


Rəbbin izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu.


Rəbbin izzəti şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı.


Onlar astanalarını astanama, qapılarının yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs adımı murdarladılar. Mən də qəzəbimlə onları qırıb-çatdım.


跟着我们:

广告


广告