Biblia Todo Logo
在线圣经

- 广告 -




YEZEKEL 8:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Сүрҝүнлүјүмүэүн алтынҹы илиндә, алтынҹы ајын бешинҹи ҝүнү мән евдә отурмушдум вә Јәһуда ағсаггаллары да гаршымда әјләшмишди. О эаман орада үстүмә Худавәнд Рәббин әли енди.

参见章节 复制




YEZEKEL 8:1
24 交叉引用  

Sürgünlüyümüzün yeddinci ilində, beşinci ayın onuncu günü İsrailin bəzi ağsaqqalları Rəbdən soruşmaq üçün gəlib önümdə oturdu.


Xalq hər vaxt olduğu kimi sənin yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər. Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca gedir.


İsrail ağsaqqallarından bəzisi yanıma gəlib önümdə oturdu.


Buna görə də onlara müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “İsrail nəslindən kimsə öz bütlərinə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və peyğəmbərə müraciət etsə, Mən Rəbb ona bütlərinin çoxluğuna görə cavab verəcəyəm.


Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm.


Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir.


Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu günü, Yerusəlim şəhərinin süqutunun on dördüncü ili – həmin o gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya apardı.


Rəbbin əli üzərimdə idi. Rəbb Öz Ruhu ilə məni bayıra çıxarıb vadinin ortasına qoydu. Vadi sümüklərlə dolu idi.


Sürgünlüyümüzün on ikinci ilində, ayın on beşinci günü mənə yenə Rəbbin sözü nazil oldu:


Sürgünlüyümüzün on birinci ilində, üçüncü ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:


Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci günü mənə Rəbbin sözü nazil oldu:


Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci günü mənə Rəbbin sözü nazil oldu:


Sürgünlüyümüzün on birinci ilində, ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:


Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu:


Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx, düzənliyə çıx, Mən səninlə orada danışacağam».


Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu.


Sonra Ruh məni yuxarı qaldırdı və arxamdan böyük bir gurultu eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış olsun».


Elişa öz evində oturmuşdu, ağsaqqallar da onun yanında əyləşmişdi. Padşah hüzurundan bir qasid göndərdi. Amma qasid yanına gəlməzdən qabaq Elişa ağsaqqallara dedi: «Görürsünüzmü, bu qatil mənim boynumu vurmaq üçün adam göndərir! Baxın qasid gələndə qapını bağlayın və onu içəri buraxmayın. Onun arxasınca ağasının da ayaq səsləri gələcək!»


Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».


Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı.


O qaçqın mənim yanıma gəlməmişdən əvvəl axşam vaxtı Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim. Səhər adam yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa bilirdim.


Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə Rəbbin sözü nazil oldu:


Sürgünlüyümüzün on ikinci ilində, on ikinci ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:


跟着我们:

广告


广告