Biblia Todo Logo
在线圣经

- 广告 -




YEZEKEL 7:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

14 Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

14 Шејпур чалынды вә һәр шеј һаэырланды, анҹаг мүһарибәјә ҝедән јохдур. Чүнки гәэәбим бүтүн ҹамаатын үстүнә јағаҹаг.

参见章节 复制




YEZEKEL 7:14
11 交叉引用  

Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!”


«Yer üzündə bayraq qaldırın! Millətlər arasında şeypur çalın! Millətləri Babilə qarşı döyüşə hazırlayın! Urartu, Minni və Aşkenaz padşahlıqlarını Ona qarşı toplayın. Ona qarşı bir sərkərdə təyin edin, Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin.


Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi. Çünki ölkənin bir ucundan o biri ucuna qədər Rəbbin qılıncı qırıb-çatır. Heç kim salamat qalmır.


Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”.


Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam, Özümü ələ almaqdan yorulmuşam. «Qəzəbini küçədə olan uşaqların, Yığılan cavanların üzərinə tök. Bəli, ər də, arvad da, Qoca da, yaşa dolmuş adam da ələ keçəcək.


Ey Binyamin övladları, Yerusəlimin içindən qaçıb qurtarın. Teqoada şeypur çalın, Bet-Hakkeremdə odla işarə verin, Çünki şimaldan fəlakət, Böyük qırğın zahir olur.


Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız.


Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, Düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı Göndərdiyi atəşlə yandırıb-yaxdı.


Düşmən kimi kamanının yayını dartdı, Yağı kimi sağ əlini qaldırdı, Gözə xoş görünənləri tamamilə öldürdü. Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.


跟着我们:

广告


广告