1 Mənə Rəbbin bu sözü nazil oldu:
1 Мәнә Рәббин бу сөэү наэил олду:
Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci günü mənə Rəbbin sözü nazil oldu:
“O gün İsrail nəslinin gücünü özünə qaytaracağam. Onların arasında sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».
«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “‹Ah, o gün› deyib fəryad edin,
O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək.
Taxpanxesdə Yeremyaya Rəbbin bu sözü nazil oldu:
O gəlib Misir ölkəsini məğlub edəcək. Ölüm üçün ayrılanlar ölümə, sürgün üçün ayrılanlar sürgünə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək.
Bu, millətlər barədə Yeremya peyğəmbərə nazil olan Rəbbin sözüdür.
«Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə peyğəmbərlik edib söylə ki,
“Dirilər arasına qorxu salmasına izin verdiyimə baxmayaraq, firon və onun bütün xalqı qılıncla öldürülənlərlə birgə sünnətsizlərin yanına uzanacaq” Xudavənd Rəbb belə bəyan edir».