Biblia Todo Logo
在线圣经

- 广告 -




YEZEKEL 22:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan yeyir, şəhvətə qapılırlar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

9 Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan yeyir, şəhvətə qapılırlar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

9 Сәнин ичиндә ган төкмәк истәјән бөһтанчы адамлар вар. Сәнин ичиндә дағларда ҝәтирилән гурбандан јејир, шәһвәтә гапылырлар.

参见章节 复制




YEZEKEL 22:9
35 交叉引用  

Fahişəlik edən qızlarınızı, Zina edən gəlinlərinizi cəzalandırmayacağam. Çünki kişiləriniz fahişələrlə oynaşır, Məbəd fahişələri ilə birgə qurban kəsir. Dərrakəsiz xalq məhv olacaq.


Yeyəcəklər, amma doymayacaqlar, Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar, Çünki onlar Rəbbi tərk edib Başqa allahlara könül verdi.


Lənət, yalan, qətl, oğurluq və zina Hər yerə yayılıb. Qoluzorluluq edərək Qan üstünə qan tökürlər.


Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm.


Atası bunlardan heç birini etmədiyi halda, Oğul dağlarda gətirilən qurbandan yeyirsə, Qonşusunun arvadını ləkələyirsə,


Dağlarda gətirilən qurbandan yemirsə, Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə, Qonşusunun arvadını ləkələmirsə, Aybaşı olan qadınla yaxınlıq etmirsə,


İndi ki sən cavanlıq günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?


Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər.


Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nəsrani təriqətinin başçılarındandır.


Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar.


Hamısı zinakardır, Yoğrulan xəmir acıyana qədər Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi Soba kimi şəhvətlə yanırlar.


Quldur dəstələri necə insan üçün pusquya yatırsa, Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür, Bəli, xəbislik edir.


Etdiyin pozğunluq səni murdarladı, Səni təmizləmək istədim, Amma sən təmizlənmək istəmədin. Sənə qarşı qəzəbim yatana qədər Öz murdarlığından təmizlənməyəcəksən.


Dağlarda gətirilən qurbandan yemirsə, Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə, Qonşusunun arvadını ləkələmirsə,


«Hər kəs dostundan çəkinsin, Heç qardaşına da etibar etməsin. Çünki hər qardaş başqasına badalaq gəlir, Hər dost böhtançıdır.


Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub.


Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.


Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər.


Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.


Mən də cariyəmi götürüb parça-parça doğrayaraq hər hissəsini İsrailin irs torpaqlarının bütün bölgələrinə göndərdim, çünki İsraildə pozğunçuluq və alçaqlıq edilib.


Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın.


Heç kimə qarşı yalandan şahidlik etmə.


Bu şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini ölülərlə doldurdunuz”.


Onlar səninlə nifrətlə rəftar edəcək, bütün zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq qoyacaq. Beləcə fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin


Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara –Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.


Bax öz gözlərinlə gördün ki, bu gün Rəbb mağarada səni mənə necə təslim etdi. Mənə təklif etdilər ki, səni öldürüm, lakin mən sənə qıymadım. Dedim ki, ağama qarşı əl qaldırmaram, çünki o, Rəbbin məsh olunmuş padşahıdır.


跟着我们:

广告


广告