Biblia Todo Logo
在线圣经

- 广告 -




YEZEKEL 21:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

6 İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

6 Ичини чәк, еј бәшәр оғлу, сән белини бүкүб онларын ҝөэү өнүндә аҹы-аҹы ичини чәк.

参见章节 复制




YEZEKEL 21:6
21 交叉引用  

Xudavənd Rəbb belə deyir: “Əllərini bir-birinə vur, ayaqlarını yerə çırpıb söylə ki, İsrail nəslinin bütün pis və iyrənc işlərinə görə vay onların halına! Çünki qılıncdan, aclıqdan və vəbadan həlak olacaqlar.


Buna görə mən belə dedim: «Məni tənha qoyun, qoy acı-acı ağlayım, Əziz xalqım məğlub olduğuna görə Mənə təsəlli verməyə cəhd göstərməyin».


Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.


Nineva viran oldu, dağıldı, xaraba qaldı! Sakinlərinin ürəyi əsir, dizləri taqətdən düşür. Hamının bədənləri titrəyir, üzləri solur!


Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim.


Onda padşahın bənizi soldu və düşüncələri onu vahiməyə saldı. Belinin əzələləri zəiflədi və dizləri bir-birinə dəyməyə başladı.


Üstünə yazı yazdığın əsaları onların görə biləcəyi şəkildə əlində tut.


Ey bəşər oğlu, fəryad edib ağla. Çünki bu qılınc xalqıma və Bütün İsrail rəhbərlərinə qarşı qalxıb. Onlar xalqımla birgə Qılınca təslim edildi. Bunun üçün sinə döy”.


ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy».


Ondan arpa kökəsi düzəldərək hamının gözü qabağında insan nəcisinə od vurub üstündə bişirib ye».


İndi soruşun, bilin ki, Kişi də uşaq doğarmı? Elə isə nə üçün doğan qadın kimi Hər kişinin əllərini belində görürəm? Nə üçün hamının bənizi solub?


Sonra səninlə gedən adamların gözü önündə kuzəni sındırıb


Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.


Gördüklərimdən belimə sancı düşdü, Doğan qadın tək məni ağrı tutdu. Eşitdiklərimdən sarsıldım Gördüklərimdən məni vahimə bürüdü.


Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır.


Onda bütün bəşər biləcək ki, Mən Rəbb qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”.


Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».


«Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları və güclü millətlərin qızlarını qəbirə enənlərlə birgə yerin dərinliklərinə endir.


跟着我们:

广告


广告