Biblia Todo Logo
在线圣经

- 广告 -




YEZEKEL 18:18 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

18 Bu oğulun atası isə İnsafsızlıqla qəddarlıq etdiyi üçün, Soydaşını qarət etdiyinə görə, Xalqı içində pis işlər gördüyü üçün Öz təqsirindən ötrü, əlbəttə, öləcək.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

18 Bu oğulun atası isə İnsafsızlıqla qəddarlıq etdiyi üçün, Soydaşını qarət etdiyinə görə, Xalqı içində pis işlər gördüyü üçün Öz təqsirindən ötrü, əlbəttə, öləcək.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

18 Бу оғулун атасы исә Инсафсыэлыгла гәддарлыг етдији үчүн, Сојдашыны гарәт етдијинә ҝөрә, Халгы ичиндә пис ишләр ҝөрдүјү үчүн Өэ тәгсириндән өтрү, әлбәттә, өләҹәк.

参见章节 复制




YEZEKEL 18:18
11 交叉引用  

Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.


Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz».


Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz».


Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək.


Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək.


Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq.


Axı bütün adamlar Mənimdir: atanın canı Mənim olduğu kimi oğulun da canı Mənimdir. Yalnız günah işlədən adam öləcək.


Pis adamların vay halına! Çünki onlara pislik olunacaq, Elədikləri əməlləri qarşılarına çıxacaq.


Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var.


Məzlumdan əl çəkirsə, Sələm almırsa, Müamilə götürmürsə, Hökmlərimə əməl edib Qaydalarıma görə rəftar edirsə, Atasının günahına görə ölməyəcək, Əlbəttə, yaşayacaq.


Ancaq siz ‹atanın etdiyi təqsirin məsuliyyətini nə üçün oğul daşımasın?› deyirsiniz. Oğul ədalətli və saleh işlər gördü, bütün qaydalarıma riayət edib onlara əməl etdi. Əlbəttə, bu adam yaşayacaq.


跟着我们:

广告


广告