Biblia Todo Logo
在线圣经

- 广告 -




YEZEKEL 13:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

3 Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

3 Худавәнд Рәбб белә дејир: “О ахмаг пејғәмбәрләрин вај һалына! Онлар өэ руһлары илә илһамланыр вә һеч бир вәһј алмајыб.

参见章节 复制




YEZEKEL 13:3
21 交叉引用  

Sənin üçün görülən görüntülər yalan oldu, Peyğəmbərlərin səni aldatdı. Firavanlığını sənə qaytarmaq üçün Təqsirlərini üzə çıxartmadılar, Amma bu peyğəmbərlər səni azdırdı, Sənin üçün yalandan görüntülər gördü.


Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız.


«Ey bəşər oğlu, peyğəmbərlik et, İsrailin çobanlarına qarşı peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini bəsləyən İsrail çobanlarının vay halına! Çobanlar sürünü bəsləməli deyilmi?


Rəbb bəyan edir: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!»


Dərrakəlinin könlü bilik axtarar, Axmaqların ağzı səfehliklə qidalanar.


o adam qürurlanıb heç bir şey dərk etmir, lakin mübahisə və sözlərin mənası barədə dava yaratmaq xəstəliyinə tutulub. Bunların nəticəsi paxıllıq, münaqişə, böhtançılıq və bədgümanlıqdır;


Müjdəni yaymaqsa fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma!


Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz».


Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi?


Rəbb mənə dedi: “Yenə ağılsız bir çobanın əşyalarını özün üçün götür.


söylə ki, Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına! Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla öz canınızı salamat saxlayacaqsınız?


Hikmətlinin dili biliyi mədh edər, Axmaqların dilindən səfehlik tökülər.


Amma daha irəli gedə bilməyəcəklər. Çünki Yannislə Yambrisin axmaqlığı kimi bunların da axmaqlığını hamı açıqca görəcək.


Ordular Rəbbi belə deyir: «Sizin üçün peyğəmbərlik edən Peyğəmbərlərin sözünə qulaq asmayın. Onlar sizə boş şeylər öyrədir. Rəbbin ağzından çıxanları deyil, Özlərinin uydurduqları görüntüləri söyləyirlər.


Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın.


Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir.


Peyğəmbərlər haqqında: Ürəyim içimdə parçalandı, Bütün sümüklərim titrədi. Rəbbə görə, Onun müqəddəs sözlərinə görə Bir sərxoş kimi, Şəraba aludə olan adam kimiyəm.


跟着我们:

广告


广告