Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 8:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Mən diqqət edib qulaq asdım: Heç kəs düz danışmır, “Nə etdim?” deyib öz pisliyindən tövbə etmir. Hər biri döyüşə atılan at kimi Öz yoluna tərəf dönür.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

6 Mən diqqət edib qulaq asdım: Heç kəs düz danışmır, “Nə etdim?” deyib öz pisliyindən tövbə etmir. Hər biri döyüşə atılan at kimi Öz yoluna tərəf dönür.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

6 Мән диггәт едиб гулаг асдым: Һеч кәс дүэ данышмыр, “Нә етдим?” дејиб өэ пислијиндән төвбә етмир. Һәр бири дөјүшә атылан ат кими Өэ јолуна тәрәф дөнүр.

参见章节 复制




YEREMYA 8:6
24 交叉引用  

Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq.


Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir.


O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı.


Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur.


Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər.


Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün.


İndi isə Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün.


Onların içində bir adam axtardım ki, divarı təmir etsin və Mənim hüzurumda ölkə naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan etməyim, ancaq belə adam tapmadım.


Yerusəlimin küçələrini dolaşın, Ətrafa baxıb fikirləşin, Onun meydanlarını axtarın. Əgər bir nəfər düz iş görən, Həqiqət axtaran adam tapsanız, Mən şəhəri bağışlayaram.


Rəbb gördü ki, heç kim yoxdur, Havadarın olmadığına görə O mat qaldı. Onda Onun qolu Ona zəfər gətirdi, Salehliyi Ona dayaq oldu.


Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır!


Qoy Allaha deyim: “Məni günahlandırma, Bir mənə söylə, niyə mənimlə çəkişirsən?


«Mənim adımdan yalan söyləyən peyğəmbərlərin “Yuxu gördüm, yuxu gördüm!” sözlərini eşitdim.


Allaha deyən olubmu: “Günahkaram, bir də pis iş görməyəcəyəm?


Görmədiyimi mənə göstər, Haqsızlıq etmişəmsə, bir də etmərəm”.


Tamahkarlıq günahına görə Qəzəblənib xalqı cəzalandırdım, Hiddətlənib üzümü ondan döndərdim. O da inad edib öz yolu ilə getdi.


Sən həmişə qəzəbli olacaqsan, Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan. Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən».


Bütün İsraillilər Sənin qanununu pozub azdı, Sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın Qanununda yazılmış lənət başımıza yağdı və and yerinə yetdi, çünki Ona qarşı günah etdik.


Mən dedim: “Xalqım Məndən qorxar, İbrət dərsi alar”. Onda məskənləri dağıdılmaz, Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz, Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı».


跟着我们:

广告


广告