Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 7:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

11 Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

11 Мәним адымла чағырылан бу мәбәд, сиэҹә, гулдур јувасына чеврилдими? Амма Мән нә етдијиниэи ҝөрүрәм” Рәбб белә бәјан едир.

参见章节 复制




YEREMYA 7:11
16 交叉引用  

Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq».


Onlara belə dedi: «“Mənim evim dua ev adlandırılacaq” deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»


Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki, “Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq”? Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»


o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin.


göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin».


Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən onu görə bilməyim?» Rəbb belə bəyan edir. «Yeri, göyü Mən doldurmamışammı?» Rəbb belə bəyan edir.


Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.


Çünki İsraildə çirkin işlər gördülər, qonşularının arvadları ilə zina etdilər, onlara əmr etmədiyim halda Mənim adımdan yalan sözlər söylədilər. Mən bunu bilirəm və buna şahidəm” Rəbb belə bəyan edir».


Sənin ətəklərin öldürdüyün Məzlum, günahsız adamların qanına bulaşıb, Halbuki onları oğurluq üstündə tutmadın. Hələ bununla belə,


Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz.


Ağzınızla Mənə qarşı qürurla danışdınız, Mənim əleyhimə hörmətsiz sözlər dediniz. Mən Rəbb də bunları eşitdim”.


Hüzuruma gələrkən Əlinizdə bunları gətirməyinizi kim istədi? Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.


Ey Allahım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və Sənə məxsus olan şəhəri gör. Çünki öz salehliyimizə görə deyil, Sənin böyük mərhəmətinə görə yalvarışlarımızı Sənin önündə təqdim edirik.


跟着我们:

广告


广告