Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 6:28 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

28 Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

28 Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

28 Һамысы инадкар дөнүкдүр, Бөһтанчылар кими долашан адамлардыр. Тунҹ вә дәмир кими сәртдирләр, Һамысы поэғун олуб.

参见章节 复制




YEREMYA 6:28
19 交叉引用  

«Hər kəs dostundan çəkinsin, Heç qardaşına da etibar etməsin. Çünki hər qardaş başqasına badalaq gəlir, Hər dost böhtançıdır.


Bu xalqın ürəyi inadlı və üsyankardır. Onlar azıb öz yolları ilə getdi.


O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq».


Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı».


Millətlər qəzəbləndi, Sənin də qəzəbinin vaxtı gəldi. Ölüləri mühakimə etmək, Sənin qulların olan Peyğəmbərlərə, müqəddəslərə, Sənin adından qorxanlara, Kiçiklərə və böyüklərə mükafat vermək, Yer üzünü məhv edənləri Məhv etmək vaxtı çatdı».


Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər.


Onlara isə “atılmış gümüş” deyəcəklər, Çünki Rəbb onları atdı».


Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün!


Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm.


Etdiyin pozğunluq səni murdarladı, Səni təmizləmək istədim, Amma sən təmizlənmək istəmədin. Sənə qarşı qəzəbim yatana qədər Öz murdarlığından təmizlənməyəcəksən.


Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə,


Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.


Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.


«Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir.


Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır.


跟着我们:

广告


广告