Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 6:25 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

25 Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

25 Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

25 Чөлә чыхма, јола дүшмә, Чүнки дүшмәндә гылынҹ, Һәр тәрәфдә дәһшәт вар.

参见章节 复制




YEREMYA 6:25
20 交叉引用  

Onların çadırlarını və sürülərini Əllərindən alacaqlar, Çadır pərdələri, bütün əşyaları və dəvələri Götürülüb aparılacaq. Onlara “Hər tərəfdən dəhşət!” Deyib bağıracaqlar.


Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər.


Çölə çıxıram, Qılıncla öldürülənləri görürəm, Şəhərə girirəm, Aclıqdan üzülənləri görürəm. Çünki peyğəmbər də, kahin də Bixəbər olaraq ölkəni dolaşır”».


Dəhşət onu hər tərəfdən bürüyəcək, Hər addımda onu təqib edəcək.


Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar.


«Nə üçün yerimizdə oturmuşuq? Yığılın, gedib qalalı şəhərlərə girək, Orada həlak olaq, Çünki Allahımız Rəbb Bizi ölümə təslim etdi, Bizə zəhərli su içirdi, Ona görə ki Rəbbə qarşı günah etdik.


Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi».


Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!”


Əgər üsyankar olub Məni rədd etsəniz, Qılınc sizi yeyəcək». Bu sözlər Rəbbin ağzından çıxıb.


O vaxtlar gedib-gəlmək təhlükəli idi. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü.


Rəbb belə deyir: “Qorxu səsi eşitdik, Asayiş deyil, dəhşət səsi.


Nə üçün mən bunu gördüm? Onlar dəhşətə düşüb geri döndü, Döyüşçüləri məğlub oldu, Tez qaçıb heç geriyə də baxmadı. Hər tərəfdə dəhşət var!» Rəbb belə bəyan edir.


Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi.


Sülh gözləyirik, amma xeyir gəlmir. Şəfa vaxtını gözləyirik, Amma dəhşət gəlir.


Ətrafında olanların hamısından Sənin üzərinə dəhşət gətirəcəyəm» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Hamı o yan-bu yana qaçacaq, Qaçanları toplayan olmayacaq.


Çula bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət olacaq, hamının başı daz olacaq.


Mən də əllərimi bir-birinə vuracağam, Beləcə qəzəbimi yatırdacağam. Bunu Mən Rəbb söylədim”».


跟着我们:

广告


广告