Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 6:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Ey Binyamin övladları, Yerusəlimin içindən qaçıb qurtarın. Teqoada şeypur çalın, Bet-Hakkeremdə odla işarə verin, Çünki şimaldan fəlakət, Böyük qırğın zahir olur.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Ey Binyamin övladları, Yerusəlimin içindən qaçıb qurtarın. Teqoada şeypur çalın, Bet-Hakkeremdə odla işarə verin, Çünki şimaldan fəlakət, Böyük qırğın zahir olur.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Еј Бинјамин өвладлары, Јерусәлимин ичиндән гачыб гуртарын. Тегоада шејпур чалын, Бет-Һаккеремдә одла ишарә верин, Чүнки шималдан фәлакәт, Бөјүк гырғын эаһир олур.

参见章节 复制




YEREMYA 6:1
19 交叉引用  

Peyin Darvazasını Bet-Hakkerem əyalətinin rəisi Rekav oğlu Malkiya bərpa etdi. Oranı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdu.


Rəbb belə deyir: «Budur, şimal ölkəsindən Bir xalq gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət hərəkətə gəlir.


Yoav Teqoaya adam göndərib oradan müdrik bir qadın gətirtdi və ona dedi: «Rica edirəm, özünü yaslı adam kimi göstər. Yas paltarı geyin, başına zeytun yağı sürtmə, özünü çoxdan bəridir ki, ölən üçün yas tutan bir qadına bənzət.


Lakin Binyamin övladları Yerusəlimdə qalan Yevusluları qovmadılar və Yevuslular bu günə qədər Binyamin övladları ilə birgə Yerusəlimdə yaşayırlar.


Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü.


Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm.


Dinləyin, bir xəbər yayılır: Şimal ölkəsindən böyük gurultu gəlir ki, Yəhuda şəhərlərini xarabalığa, Çaqqal yuvasına çevirsin.


Bütün şəhərlərin əhalisi Süvarilərin və oxatanların Gurultusundan qaçacaq. Onlar sıx meşələrə girir, Qayalara dırmaşır. Bütün şəhərlər tərk edilmiş, Orada kimsə yaşamır.


Yəhuda övladları Yerusəlimdə yaşayan Yevusluları qova bilmədilər və Yevuslular bu günə qədər Yəhuda övladları ilə birlikdə Yerusəlimdə yaşayır.


Şəhərdə şeypur çalınarsa, Xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi?


Qara atları olan döyüş arabası şimal torpağına, ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir».


Sadoqun yanında Teqoa sakinləri bərpa işləri gördülər, amma oranın əsilzadələri özlərinin Xudavəndinin işlərini görmək üçün qəddini əymədilər.


跟着我们:

广告


广告