Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 51:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Babil qəflətən düşüb parça-parça olacaq, Onun üçün yas tutun! Yarasına məlhəm sürtün, Bəlkə şəfa tapar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

8 Babil qəflətən düşüb parça-parça olacaq, Onun üçün yas tutun! Yarasına məlhəm sürtün, Bəlkə şəfa tapar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

8 Бабил гәфләтән дүшүб парча-парча олаҹаг, Онун үчүн јас тутун! Јарасына мәлһәм сүртүн, Бәлкә шәфа тапар.

参见章节 复制




YEREMYA 51:8
20 交叉引用  

Ey bakirə qıza bənzəyən Misir, Gileada çıx, məlhəm al. Çoxlu dərman içməyin əbəsdir, Sənin dərdinə əlac yoxdur.


Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».


İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi».


O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.


«Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq.


Moav alçaldıldı, Çünki dağıldı. Fəryad et, bağır! Moavın məhv olduğunu Arnon vadisində bildir.


Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?


Altmış iki yaşlı Midiyalı Dara hakimiyyəti əlinə aldı.


Buna görə də Onun tərəfindən bir əl göndərilib bu sözləri yazdı.


«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “‹Ah, o gün› deyib fəryad edin,


Şeşak necə alındı! Bütün dünyanın qürurlandığı yer Necə dəhşətli hala düşdü. Babil millətlər arasında Necə dəhşətli hala düşdü!


Buna görə də Moav üçün nalə çəkəcəyəm, Bütün Moav üçün fəryad edəcəyəm, Qir-Xeres xalqı üçün yas tutacağam.


Məgər Gileadda məlhəm yoxdur? Orada həkim yoxdur? Əgər varsa, Əziz xalqıma nə üçün şəfa verilmədi?


Bu iki bəla bir gündə, Qəflətən başına gələcək. Böyük cadugərliyinə, hədsiz ovsunçuluq etdiyinə baxmayaraq, Həm övladlarını itirəcək, həm də dul qalacaqsan.


Lakin üzərinə bəla gələcək, Sən onun qarşısını ala bilməyəcəksən, Sən xərac versən də, bu fəlakət üstünə gələcək, Bilmədiyin bəla qəflətən üzərinə düşəcək.


跟着我们:

广告


广告