Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 50:29 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

29 Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın. Ətrafını mühasirəyə alın, Heç kəs qaçıb qurtara bilməsin. Ona işlərinə görə əvəz verin. O nə etdisə, başına onu gətirin. Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı Məğrurluq etdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

29 Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın. Ətrafını mühasirəyə alın, Heç kəs qaçıb qurtara bilməsin. Ona işlərinə görə əvəz verin. O nə etdisə, başına onu gətirin. Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı Məğrurluq etdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

29 Бүтүн охчулары, каман чәкәнләри Бабилә гаршы чағырын. Әтрафыны мүһасирәјә алын, Һеч кәс гачыб гуртара билмәсин. Она ишләринә ҝөрә әвәэ верин. О нә етдисә, башына ону ҝәтирин. Чүнки Рәббә, Исраилин Мүгәддәсинә гаршы Мәғрурлуг етди.

参见章节 复制




YEREMYA 50:29
28 交叉引用  

Çünki Babilə qarşı bir məhv edən çıxacaq, Döyüşçüləri əsir tutulacaq, Kamanları qırılacaq. Çünki Rəbb əvəz verən bir Allahdır, Mütləq cəzalandıracaq.


Pisliyinə güvəndin, Dedin: “Məni heç kim görmür”. Sənin hikmətin və biliyin səni azdırdı. Düşündün: “Mən mənəm, Məndən başqası yoxdur”.


O nə etdisə, Siz də əvəzində ona belə edin. Əməllərinin əvəzini ona ikiqat verin. Tökdüyü kasadakı şərabın İkiqatını töküb ona verin.


İndi isə mən Navuxodonosor göylərin Padşahına həmd edirəm və Onu mədh edib izzətləndirirəm, çünki Onun bütün işləri həqiqət, əməlləri ədalətlidir və qürurla gəzənləri alçaltmağa qüdrəti var».


Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin!


Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Sən də onlara içmək üçün qan verdin. Onlar buna layiqdir».


O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək.


Bu padşah istədiyini edəcək, qürurlanaraq özünü bütün allahlardan üstün sayacaq, allahlar Allahına qarşı eşidilməmiş küfr söyləyəcək və Allahın qəzəbi icra olunana qədər uğur qazanacaq, çünki müəyyən edilən şey yerinə yetməlidir.


əksinə, göylərin Rəbbinə qarşı qürurlandın. Onun məbədinin qablarını sənin hüzuruna gətirdilər və sən, əyanların, arvadların, cariyələrin bunlarla şərab içdiniz. Sən qızıl-gümüş, tunc, dəmir, ağac və daşdan olub, görməyən, eşitməyən, anlamayan allahlara həmd etdin, ancaq nəfəsin əlində olan və etdiyin hər şeyə göz qoyan Allahı izzətləndirmədin.


Məğrur büdrəyib-yıxılacaq, Onu qaldıran olmayacaq, Şəhərlərinə od salacağam, Bütün ətrafda olanları Yandırıb yox edəcək».


Hər yandan ona hücum edin, Anbarlarını açın, Mallarını qalaq-qalaq yığın. Onu tamamilə məhv edin, Ondan bir şey qalmasın.


Sənin üçün tələ qurdum, ey Babil, Sən də bilmədən tələmə düşdün. Tutulub yaxalandın, Çünki Rəbbə qarşı çıxdın.


Çünki Mən şimal ölkəsindən Babilə qarşı böyük millətlər ittifaqını Oyandırıb çıxaracağam. Babilin önündə düzülüb Onu şimaldan ələ keçirəcəklər. Oxları mahir döyüşçü oxları kimi olacaq, Heç biri əliboş qayıtmayacaq.


Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə!


Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət,


Ey sən qaya çatları arasında məskən salan, Təpələrin başını əldə saxlayan! Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı. Yuvanı qartal kimi yuxarılarda qursan da, Səni oradan endirəcəyəm» Rəbb belə bəyan edir.


Oxçu kamanını çəkməsin, Zirehini geyməsin. Onun cavanlarına rəhm etməyin, Ordusunu tamamilə məhv edin.


Amma Babildə və Xaldey ölkəsində yaşayanlara Sionda etdikləri bütün pis əməllərinin əvəzini Gözlərinizin önündə verəcəyəm» Rəbb belə bəyan edir.


«İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır, Necə ki yer üzündə öldürülən hər kəs Babilə görə məhv oldu.


Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək, Əməllərinin əvəzi öz başına gələcək!


Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”».


«Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək.


Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı.


Ya Rəbb, onların əllərinin əməllərinə görə Əvəzini verəcəksən.


跟着我们:

广告


广告