Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 50:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 «Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 «Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 «Милләтләрә билдириб елан един. Бајраг галдырыб хәбәр верин, Һеч нәји ҝиэләтмәјин! Дејин ки, Бабил әлә кечириләҹәк, Бел аллаһы утандырылаҹаг, Мардук аллаһы дәһшәтә дүшәҹәк, Бүтләри алчалдылаҹаг, Мәбудлары парча-парча олаҹаг.

参见章节 复制




YEREMYA 50:2
34 交叉引用  

«Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu.


Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».


Buna görə də yəqin ki Babilin bütlərini cəzalandıracağım günlər gəlir. Bütün ölkə utandırılacaq, Öldürülənləri onun ortasında yerə səriləcək.


Babildə Bel bütünü cəzalandıracağam, Udduğunu ona qusduracağam. Artıq millətlər oraya axın-axın gəlməyəcək, Babil divarı da yıxılacaq.


O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.


Rəbb onları dəhşətə salacaq, Yer üzünün bütün allahlarını yox edəcək. Uzaqlarda yaşayan bütün millətlər Olduqları yerlərdə Ona səcdə edəcək.


Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi beşinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi.


«Buna görə də bütlərini Cəzalandıracağım günlər gəlir, Bütün ölkədə yaralılar inildəyəcək» Rəbb belə bəyan edir.


Qasid qasid dalınca, Xəbərçi xəbərçi dalınca qaçıb Bu xəbəri Babil padşahına çatdırır: “Şəhər hər tərəfdən alındı,


Babil qəflətən düşüb parça-parça olacaq, Onun üçün yas tutun! Yarasına məlhəm sürtün, Bəlkə şəfa tapar.


“Babil süqut etdi” səsindən yer üzü titrəyəcək, Millətlər arasında onun fəryadı eşidiləcək».


«Misirdə bildirin, Miqdolda eşitdirin, Nofda və Taxpanxesdə elan edib deyin: “Qalx və hazırlaş, Çünki ətrafında olanları Qılınc yeyib-qurtardı”.


Ey millətlər, Rəbbin sözünü eşidin, Uzaqlardakı adalarda elan edib deyin: “İsraili səpələyən onu bir yerə toplayacaq, Sürüsünü qoruyan çoban kimi Onu qoruyacaq”.


Buna görə də, ey millətlər, qulaq asın, Ey camaat, bilin ki, Onların başına nə gələcək.


«Millətlərə elan edin, Yerusəlimə xəbər çatdırın ki, Uzaq bir ölkədən gələn qoşun onu mühasirəyə alacaq, Yəhuda şəhərlərinin önündə nərə çəkəcək.


Bunu eşitdiniz, indi isə hamısına nəzər salın. Bəs bunu qəbul etməyəcəksiniz? İndi isə Mən sizə yeni şeyləri, Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm.


O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini və sağaldığını eşitmişdi.


allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi.


Çılpaq dağın zirvəsinə bayraq sancın! Döyüşçüləri bərkdən səsləyin, Əl edin ki, onlar Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin.


O gün belə deyəcəksiniz, «Rəbbə şükür edin, Onun adını çağırın, Xalqlar arasında Onun işlərini bəyan edin, Onun adının ucalığını elan edin.


Babildən çıxın, Xaldeylilərin torpağından qaçın, Sevinc səsi ilə bəyan edin, bunu bildirin, Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın, Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı».


“Siona qaçın” deyə bayraq qaldırın, Qaçıb qurtulun, dayanmayın. Çünki Mən şimaldan Bəla və böyük qırğın gətirəcəyəm».


Babil divarlarına qarşı Bayraq yüksəldin! Keşikçiləri çoxaldın, Növbətçiləri öz yerinə qoyun, Pusquda durun. Çünki Rəbb Babildə yaşayanlara qarşı Həm niyyət qurdu, Həm də söylədiyini yerinə yetirdi.


«Yer üzündə bayraq qaldırın! Millətlər arasında şeypur çalın! Millətləri Babilə qarşı döyüşə hazırlayın! Urartu, Minni və Aşkenaz padşahlıqlarını Ona qarşı toplayın. Ona qarşı bir sərkərdə təyin edin, Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin.


Xudavənd Yəhuda padşahı Yehoyaqimi və Allah məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Navuxodonosor onları Şinar torpağına, öz allahının məbədinə apardı və əşyaları həmin məbədin xəzinəsinə qoydu.


Navuxodonosor onlara dedi: «Ey Şadrak, Meşak və Aved-Neqo, bu doğrudur ki, siz mənim allahlarıma qulluq etmirsiniz? Mənim qoyduğum qızıl heykələ səcdə etmirsiniz?


Allah mənə dedi ki, onlara belə söylə: «Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq».


Onlar boş şey, Masqaraçıların işidir. Cəza vaxtı məhv olacaqlar.


跟着我们:

广告


广告