Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 5:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Onların bağlarını dolaşıb dağıdın, Amma büsbütün məhv etməyin. Meynə budaqlarını qoparıb atın, Çünki onlar Rəbbə məxsus olmayan insanlardır».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Onların bağlarını dolaşıb dağıdın, Amma büsbütün məhv etməyin. Meynə budaqlarını qoparıb atın, Çünki onlar Rəbbə məxsus olmayan insanlardır».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Онларын бағларыны долашыб дағыдын, Амма бүсбүтүн мәһв етмәјин. Мејнә будагларыны гопарыб атын, Чүнки онлар Рәббә мәхсус олмајан инсанлардыр».

参见章节 复制




YEREMYA 5:10
24 交叉引用  

Bəli, Rəbb belə deyir: «Bütün ölkə viran olacaq, Ancaq tam məhv olmasına yol verməyəcəyəm.


Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.


Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.


Xaldeylilər padşah sarayını və xalqın evlərini yandırdılar, Yerusəlimin divarlarını uçurtdular.


Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib-atacağam. Amma Yaqub nəslini tamamilə silib-atmayacağam” Rəbb belə bəyan edir.


Yaxud o ölkənin üzərinə qılınc gətirsəm və ona ‹ey qılınc, ölkəni qırıb keç› deyərək insanı və heyvanı oradan silib atsam,


Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».


Qorxma, ey qulum Yaqub, Çünki Mən səninləyəm” Rəbb belə bəyan edir. “Səni aralarına sürgün etdiyim Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Ədalətlə tərbiyələndirəcəyəm. Amma cəzasız qoymayacağam”».


Çünki Mən səninləyəm, Səni qurtaracağam” Rəbb belə bəyan edir. “Səni aralarına apardığım Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Səni ədalətlə tərbiyələndirəcəyəm, Amma cəzasız da qoymayacağam”.


Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm.


Ancaq Rəbb bəyan edir: «Hətta o günlər sizi tamamilə qırıb-çatmayacağam.


Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi.


Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı?


Rəbb bəyan edir: «İsrail və Yəhuda nəsli Mənə tamamilə xəyanət etdi.


O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı.


Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun?


跟着我们:

广告


广告