Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 49:37 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

37 Düşmənlərinin qarşısında, Canını almaq istəyənlərin önündə Elamı dəhşətə salacağam. Başlarına fəlakət gətirib Şiddətli qəzəbimi yağdıracağam” Rəbb belə bəyan edir. “Onları tamamilə yox edənə qədər Arxalarınca qılınc göndərəcəyəm.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

37 Düşmənlərinin qarşısında, Canını almaq istəyənlərin önündə Elamı dəhşətə salacağam. Başlarına fəlakət gətirib Şiddətli qəzəbimi yağdıracağam” Rəbb belə bəyan edir. “Onları tamamilə yox edənə qədər Arxalarınca qılınc göndərəcəyəm.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

37 Дүшмәнләринин гаршысында, Ҹаныны алмаг истәјәнләрин өнүндә Еламы дәһшәтә салаҹағам. Башларына фәлакәт ҝәтириб Шиддәтли гәэәбими јағдыраҹағам” Рәбб белә бәјан едир. “Онлары тамамилә јох едәнә гәдәр Архаларынҹа гылынҹ ҝөндәрәҹәјәм.

参见章节 复制




YEREMYA 49:37
19 交叉引用  

Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”».


Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq.


Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür.


Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm.


Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.


Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm.


Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin! Axmaqlıqları üzə çıxacaq. Döyüşçülərinə qarşı qılınc gəlsin! Onlar çaşqınlığa düşəcək.


Onların çadırlarını və sürülərini Əllərindən alacaqlar, Çadır pərdələri, bütün əşyaları və dəvələri Götürülüb aparılacaq. Onlara “Hər tərəfdən dəhşət!” Deyib bağıracaqlar.


Dəməşq əldən düşdü, Qaçmağa üz qoydu, Onu vahimə bürüdü. Doğan qadın kimi Onu sancı və ağrı tutdu.


Düşmən qartal kimi qalxıb üstünə cumacaq, Bosra üzərində qanadlarını gərəcək. O gün Edom döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.


Ətrafında olanların hamısından Sənin üzərinə dəhşət gətirəcəyəm» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Hamı o yan-bu yana qaçacaq, Qaçanları toplayan olmayacaq.


«Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu».


Rəbb Öz ürəyinin istədiyini Tamamilə edənə qədər Qızğın qəzəbini söndürməyəcək. Siz gələcəkdə bunu anlayacaqsınız.


Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək.


Eşit, ey yer üzü, Mən bu xalqın başına fəlakət gətirəcəyəm. Bu onların niyyətlərinin bəhrəsi olacaq. Çünki Mənim sözlərimə qulaq asmadılar, Mənim qanunumu rədd etdilər.


Elamda taxtımı quracaq, Elam padşahı ilə başçılarını məhv edəcəyəm” Rəbb belə bəyan edir.


Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm.


跟着我们:

广告


广告