Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 48:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

2 Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

2 Артыг Моавын шөһрәти галмајыб. Хешбонда онун мәһви үчүн нијјәт гурурлар: “Ҝәлин ону јох едәк ки, Даһа бир дә белә милләт олмасын”. Еј Мадмен, сән дә сусдурулаҹагсан, Гылынҹ сәни говаҹаг.

参见章节 复制




YEREMYA 48:2
20 交叉引用  

«Əgər qoyulan bu qayda-qanunlar Önümdən götürülərsə, Yalnız onda İsrail nəsli əbədilik Bir millət olmaqdan çıxar» Rəbb belə bəyan edir.


İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək».


Ruvenlilər isə Xeşbonu, Elaleni, Qiryatayimi,


«Nalə çək, ey Xeşbon, Çünki Ay şəhəri viran oldu. Fəryad edin, ey Rabba qızları, Çula bürünüb yas tutun. Divarlar arasında ora-bura qaçın. Çünki Milkom kahinləri və başçıları ilə birlikdə Sürgünə gedəcək.


«Xeşbonun kölgəsində Qaçqınlar taqətsiz durmuşlar. Çünki Xeşbondan od, Sixonun ortasından alov çıxdı. Moavın alnını, Hər yana səs salanların başlarını Yandırıb-yaxdı.


Moav viran olacaq, Xalqlar arasından silinəcək. Çünki Rəbb qarşısında qürurlandı.


Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!”


Qorxma, ey qulum Yaqub, Çünki Mən səninləyəm” Rəbb belə bəyan edir. “Səni aralarına sürgün etdiyim Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Ədalətlə tərbiyələndirəcəyəm. Amma cəzasız qoymayacağam”».


«Bu xalqın “Rəbb seçdiyi iki ailəni rədd etdi” dediyini görmürsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar.


Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim.


Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt.


Rəbbin əli bu dağın üstündə olacaq, Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.


Ürəyim Moav üçün kədərlənir, Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı. Luxit yoxuşundan ağlayaraq çıxırlar. Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.


Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı, Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.


Düşmənlərinin qarşısında, Canını almaq istəyənlərin önündə Elamı dəhşətə salacağam. Başlarına fəlakət gətirib Şiddətli qəzəbimi yağdıracağam” Rəbb belə bəyan edir. “Onları tamamilə yox edənə qədər Arxalarınca qılınc göndərəcəyəm.


跟着我们:

广告


广告