Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 46:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Ey Misirdə yaşayan, Sürgünə getmək üçün əşyalarını hazırla. Çünki Nof viran olub yanacaq, İçində bir sakin qalmayacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Ey Misirdə yaşayan, Sürgünə getmək üçün əşyalarını hazırla. Çünki Nof viran olub yanacaq, İçində bir sakin qalmayacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Еј Мисирдә јашајан, Сүрҝүнә ҝетмәк үчүн әшјаларыны һаэырла. Чүнки Ноф виран олуб јанаҹаг, Ичиндә бир сакин галмајаҹаг.

参见章节 复制




YEREMYA 46:19
14 交叉引用  

elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq.


Ey qıza bənzəyən Divonun sakini, Cah-calalından düş, Susuz yerdə otur. Çünki Moavı məhv edən Sənin də üstünə gələcək, Qalalarını dağıdacaq.


Xudavənd Rəbb belə deyir: “Bütləri məhv edəcəyəm, Nofdakı bütləri yox edəcəyəm. Artıq Misirdə rəhbər qalmayacaq, Ölkəni dəhşətə salacağam.


Misir ölkəsində, Miqdolda, Taxpanxesdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yəhudalılar barədə Yeremyaya bu söz nazil oldu:


Dəniz sahilində yaşayanların – Keretlilərin vay halına! Ey Filiştlilərin torpağı Kənan, Rəbbin hökmü sizə qarşıdır, Rəbb hamınızı yox edəcək. Ölkədə heç bir sakin sağ qalmayacaq!


Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”».


Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.


Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.


«Misirdə bildirin, Miqdolda eşitdirin, Nofda və Taxpanxesdə elan edib deyin: “Qalx və hazırlaş, Çünki ətrafında olanları Qılınc yeyib-qurtardı”.


İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam yaşamayacaq.


Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm”.


Məhvdən qaçsalar da, Misir onları yığacaq, Memfis qəbirə basdıracaq. Onların gümüş xəzinələrini gicitkən tutacaq, Çadırlarında qanqal bitəcək.


跟着我们:

广告


广告