Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 44:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Qadınlar da dedi: «Biz Göylər Mələkəsi ilahəyə buxur yandırarkən, ona içmə təqdimləri verərkən məgər ərlərimizin xəbəri yox idi ki, onun təsvirinə oxşar kökələr düzəldib içmə təqdimləri veririk?»

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Qadınlar da dedi: «Biz Göylər Mələkəsi ilahəyə buxur yandırarkən, ona içmə təqdimləri verərkən məgər ərlərimizin xəbəri yox idi ki, onun təsvirinə oxşar kökələr düzəldib içmə təqdimləri veririk?»

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Гадынлар да деди: «Биэ Ҝөјләр Мәләкәси илаһәјә бухур јандыраркән, она ичмә тәгдимләри верәркән мәҝәр әрләримиэин хәбәри јох иди ки, онун тәсвиринә охшар көкәләр дүэәлдиб ичмә тәгдимләри веририк?»

参见章节 复制




YEREMYA 44:19
14 交叉引用  

Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”.


Arvadlarının başqa allahlara buxur yandırdıqlarını bilən bütün kişilər, orada dayanan qadınlar – böyük bir camaat və Misir torpağında, Patrosda yaşayan bütün xalq Yeremyaya müraciət edib dedi:


Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.


Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi.


Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.


Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.


O zaman Yeremya kişilərə və qadınlara – ona bu cavabı vermiş bütün xalqa belə dedi:


Amma əri bunu eşidən gün mane olarsa, gəlinin etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar.


Amma əri bunları eşidən gün ona mane olarsa, qadının bütün əhdləri və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Əri mane olduğu üçün Rəbb qadını bağışlayar.


跟着我们:

广告


广告