Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 44:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Misir ölkəsində, Miqdolda, Taxpanxesdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yəhudalılar barədə Yeremyaya bu söz nazil oldu:

参见章节 复制

Azərbaycan Bibliyası 2008

1 Misir ölkəsində, Miqdolda, Taxpanxesdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yəhudalılar barədə Yeremyaya bu söz nazil oldu:

参见章节 复制

МУГӘДДӘС КИТАБ

1 Мисир өлкәсиндә, Мигдолда, Тахпанхесдә, Нофда јашајан вә Патрос торпағында сакин олан бүтүн Јәһудалылар барәдә Јеремјаја бу сөэ наэил олду:

参见章节 复制




YEREMYA 44:1
19 交叉引用  

«Misirdə bildirin, Miqdolda eşitdirin, Nofda və Taxpanxesdə elan edib deyin: “Qalx və hazırlaş, Çünki ətrafında olanları Qılınc yeyib-qurtardı”.


O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq.


«İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”.


Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.


Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman Orada gündüz qaranlığa çevriləcək, Qürurlandığı qüdrət məhv olacaq. Şəhər buludlarla örtüləcək, Qızları sürgün olunacaq.


Misiri oda verəcəyəm, Sin ağrıdan qıvrılacaq, No şəhərinin divarı yarılacaq. Gündüz vaxtı Nofda Düşmənlər cövlan edəcək.


Patrosu xarabalığa çevirəcəyəm, Soanı oda verəcəyəm, No şəhərini cəzalandıracağam.


Sürgün olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir padşahlıq yaradacaq.


Ey Misirdə yaşayan, Sürgünə getmək üçün əşyalarını hazırla. Çünki Nof viran olub yanacaq, İçində bir sakin qalmayacaq.


Nof və Taxpanxes sakinləri sənin başını yardı.


Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa çevirəcəyəm.


Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.


Rəbb belə deyir: “Amma Yəhuda padşahı Sidqiyanı, onun başçılarını, Yerusəlimdə salamat qalıb bu ölkədə yaxud Misirdə yaşayanları yeməyə yararsız olan əzik əncir kimi edəcəyəm.


O, Misir torpağında Günəş allahının məbədinin dik daşlarını dağıdacaq, Misir allahlarının məbədlərini yandıracaq”».


Xudavənd Rəbb belə deyir: “Bütləri məhv edəcəyəm, Nofdakı bütləri yox edəcəyəm. Artıq Misirdə rəhbər qalmayacaq, Ölkəni dəhşətə salacağam.


Məhvdən qaçsalar da, Misir onları yığacaq, Memfis qəbirə basdıracaq. Onların gümüş xəzinələrini gicitkən tutacaq, Çadırlarında qanqal bitəcək.


Arvadlarının başqa allahlara buxur yandırdıqlarını bilən bütün kişilər, orada dayanan qadınlar – böyük bir camaat və Misir torpağında, Patrosda yaşayan bütün xalq Yeremyaya müraciət edib dedi:


跟着我们:

广告


广告