Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 43:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Sonra onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən xəbər göndərib qulum Babil padşahı Navuxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Sonra onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən xəbər göndərib qulum Babil padşahı Navuxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Сонра онлара сөјлә ки, Исраилин Аллаһы олан Ордулар Рәбби белә дејир: “Бах Мән хәбәр ҝөндәриб гулум Бабил падшаһы Навуходоносору ҝәтирдәҹәјәм вә ҝиэләтдијим бу дашларын үстүндә онун тахтыны гураҹағам. Падшаһ өэ чадырыны онларын үстүндә ачаҹаг.

参见章节 复制




YEREMYA 43:10
19 交叉引用  

Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam» Rəbb belə bəyan edir. «Hər biri gəlib öz taxtını Yerusəlim darvazalarının girişində, Onun bütün darvazalarının ətrafında Və bütün Yəhuda şəhərlərində quracaq.


Kir haqqında “o, çobanımdır, Xoşuma gələnlərin hamısını həyata keçirəcək”, Yerusəlim haqqında “yenidən qurulacaq”, Məbəd haqqında “təməlin qoyulacaq” deyən Rəbb Mənəm».


Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.


Vaxtı və dövrü dəyişdirən Odur. O, padşahları taxtdan salar və taxta qoyar, Müdriklərə hikmət, aqillərə ağıl verər.


Onlar günorta oradan çıxdılar. Ben-Hadad və ona kömək edən otuz iki padşah çadırlarda içib sərxoşluq edirdilər.


Bu sözü eşidəndə Ben-Hadad padşahlarla birgə çadırlarda şərab içirdi. O, əsgərlərinə «Sıraya düzülün!» dedi. Onlar şəhərin qarşısında sıraya düzüldülər.


Rəbb məsh etdiyi adama – Sağ əlindən tutduğu Kirə belə deyir. Onun önündə millətləri baş əydirəcəyəm, Padşahları qüdrətindən məhrum edəcəyəm, Önündə qapıları açacağam, Darvazalar onun qarşısında bir daha bağlanmayacaq. Rəbb deyir:


«Əlinə böyük daşlar al və onları Yəhuda kişilərinin gözü önündə Taxpanxesə firon sarayına girilən yerdə olan kərpic döşəmənin palçığında gizlət.


Babil padşahı Navuxodonosorun gəlib Misir torpağına hücum edəcəyi barədə Rəbb Yeremya peyğəmbərə bu sözləri nazil etdi:


Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.


Elamda taxtımı quracaq, Elam padşahı ilə başçılarını məhv edəcəyəm” Rəbb belə bəyan edir.


跟着我们:

广告


广告