Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 4:28 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

28 Buna görə yer yas tutacaq, Yuxarıda göylər qaralacaq, Çünki bunu Mən demişəm, Fikrimdən daşınmayacağam, Sözümdən dönməyəcəyəm.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

28 Buna görə yer yas tutacaq, Yuxarıda göylər qaralacaq, Çünki bunu Mən demişəm, Fikrimdən daşınmayacağam, Sözümdən dönməyəcəyəm.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

28 Буна ҝөрә јер јас тутаҹаг, Јухарыда ҝөјләр гаралаҹаг, Чүнки буну Мән демишәм, Фикримдән дашынмајаҹағам, Сөэүмдән дөнмәјәҹәјәм.

参见章节 复制




YEREMYA 4:28
34 交叉引用  

Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?


Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.


Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.


Mənəm göyləri zülmətə bürüyən, Oranı çulla örtən».


O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar. Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək. Axı işıq qara buludlarla örtülüb.


Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu.


Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz: “Sən əbədi bir Kahinsən”» deyən Allah vasitəsilə andla kahin oldu.


Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki,


Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını O, Məsihdə əvvəlcədən təyin etmişdi.


Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,


Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.


Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.


Zəmi viran qalıb, torpaq ağlayır, Çünki taxıl zay oldu, təzə şərab qurudu, Zeytun yağı qurtardı.


Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək.


Mən Rəbb bunu söylədim, Vaxt çatdı ki, yerinə yetirim. Çəkinməyəcəyəm, acımayacağam, Peşman olmayacağam. Adətlərinə və əməllərinə görə cəzalanacaqsan” Xudavənd Rəbb belə deyir».


Rəbb Öz ürəyinin istədiyini Tamamilə edənə qədər Qızğın qəzəbini söndürməyəcək. Siz gələcəkdə bunu anlayacaqsınız.


Ürəyinin istəyinə çatana qədər, Onu bitirənə qədər Rəbbin qəzəbi dayanmayacaq. Gələcək günlərdə bunu açıq-aşkar anlayacaqsınız.


Çünki ölkə zinakarlarla doludur, Lənətə görə yas tutur. Çöldəki otlaqlar quruyub, Adamlar pis yola düşüb. Güclərini zorakılığa sərf edirlər.


«Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır.


Onu xaraba qoydular, Xarabalıq içində önümdə ağlayır. Bütün ölkə viran oldu, Amma heç kəsin vecinə deyil.


Sən isə, ey Yeremya, bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə və önümdə mərhəmət istəmə, çünki sözünə qulaq asmayacağam.


Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq.


Dünya saralıb-solur, Yer üzü quruyub-solur. Dünyanın məğrur insanları məyus olur.


İsrailin İzzətlisi yalan söyləməz və fikrini dəyişməz. Axı insan deyil ki, fikrini dəyişsin».


Babil divarlarına qarşı Bayraq yüksəldin! Keşikçiləri çoxaldın, Növbətçiləri öz yerinə qoyun, Pusquda durun. Çünki Rəbb Babildə yaşayanlara qarşı Həm niyyət qurdu, Həm də söylədiyini yerinə yetirdi.


Rəbb Öz iradəsini yerinə yetirdi, Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi. Səni viran qoydu, aman vermədi, Düşmənlərini sənin halına sevindirdi, Yağılarını gücləndirdi.


Ordular Rəbbi belə deyir: «Atalarınız Məni qəzəbləndirən zaman başınıza fəlakət gətirmək istədim və fikrimdən dönmədim» deyir Ordular Rəbbi.


跟着我们:

广告


广告