Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 4:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

10 Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

10 Мән дедим: «Аһ, еј Худавәнд Рәбб! Бу халгы вә Јерусәлими тамамилә алдатдын. “Сиэин үчүн әмин-аманлыг олаҹаг” дедин, һалбуки гылынҹ боғаэымыэа дирәнди».

参见章节 复制




YEREMYA 4:10
21 交叉引用  

Onlar Rəbb üçün yalandan dedi: “O heç nə etməz, Başımıza bəla gəlməz. Nə qılınc görəcəyik, nə aclıq”.


“Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».


Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər.


Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər,


Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər.


Mən peyğəmbərlik edən zaman Benaya oğlu Pelatya öldü. Mən üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv edəcəksən?»


Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır. Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir. Qəzəbləndiyin gün onları qətlə çatdırmısan, Aman vermədən qırmısan.


“Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur.


Onlar Mənə xor baxanlara deyir: “Rəbb söylədi ki, sizin üçün Əmin-amanlıq olacaq”. İnadkarlıqla ürəklərinin istədiyinə uyanlara deyirlər: “Üstünüzə fəlakət gəlməyəcək”.


Əziz xalqımın yarasını Yüngülcəsinə müalicə edirlər. “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur.


Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər, “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur.


«Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir. Cəzanın acısı lap ürəyinə çatıb.


Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam».


Nə üçün, ya Rəbb, Bizi yolundan azdırırsan, Səndən qorxmayaq deyə Qəlblərimizi inadkar edirsən? Qullarının xatirinə, İrsin olan qəbilələrinin xatirinə geri dön.


Onlar baxıcılara “bir daha görüntü görməyin”, Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin, Bizə xoş sözlər söyləyin, Arzuladığımızı peyğəmbərlik edin.


Çünki Mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur.


Musa Rəbbə müraciət edib dedi: «Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin?


跟着我们:

广告


广告