Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 34:20 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

20 öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

20 öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

20 өэ дүшмәнләринә – ҹанларыны алмаг истәјәнләрә тәслим едәҹәјәм. Ҹәсәдләри ҝөјдәки гушлара вә јердәки һејванлара јем олаҹаг.

参见章节 复制




YEREMYA 34:20
25 交叉引用  

Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları qorxudub qaçıran olmayacaq.


Bu yerdə Yəhuda ilə Yerusəlimin niyyətlərini boşa çıxaracağam. Onları düşmənlərinin önündə canlarını almaq istəyənlərin əli ilə qılıncla həlak edəcəyəm. Cəsədlərini göydəki quşlara və yerdəki heyvanlara yem olaraq verəcəyəm.


“Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”.


«Buna görə də Rəbb səni öldürmək istəyən və “Rəbbin adı ilə peyğəmbərlik etmə, yoxsa bizim əlimizdə ölərsən” deyən Anatot əhalisi barədə belə deyir.


Baaşadan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək».


Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm.


Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”.


Yarovamdan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək, çünki Rəbb belə söylədi”.


Bu gün Rəbb səni mənə təslim edəcək və mən səni öldürəcəyəm. Başını bədənindən ayıracağam. Bu gün Filişt ordusunun leşlərini göydəki quşlara və yerdəki heyvanlara verəcəyəm. Bundan sonra bütün dünya biləcək ki, İsraildə Allah var.


«Yanıma gəl, sənin ətini göydəki quşlara və çöldəki heyvanlara verim».


Səni quruya çıxaracağam, Çölün üzünə atacağam, Göydəki quşları üstünə qonduracağam. Yer üzünün vəhşi heyvanlarını Səninlə doyduracağam.


Səni də, çaylarındakı bütün balıqları da Səhraya atacağam. Çöllərə düşəcəksən, Yığılıb basdırılmayacaqsan. Səni yem kimi vəhşi heyvanlara, Göydəki quşlara verəcəyəm.


Düşmənlərinin qarşısında, Canını almaq istəyənlərin önündə Elamı dəhşətə salacağam. Başlarına fəlakət gətirib Şiddətli qəzəbimi yağdıracağam” Rəbb belə bəyan edir. “Onları tamamilə yox edənə qədər Arxalarınca qılınc göndərəcəyəm.


Rəbb belə deyir: “Yəhuda padşahı Sidqiyanı canını almaq istəyən düşməni Babil padşahı Navuxodonosora necə təslim etdimsə, Misir padşahı firon Xofranı da canını almaq istəyən düşmənlərinə eləcə təslim edəcəyəm”».


Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».


Bəs sən ey viran şəhər, nə edəcəksən? Qırmızı paltar geyinsən də, Qızıl bəzəklər taxsan da, Gözlərinə sürmə sürtsən də, Əbəs yerə özünü bəzəyirsən. Sənə oynaşların xor baxır, Canını almaq istəyir.


Cəsədləriniz göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları ürküdüb qovan olmayacaq.


İrsim Mənim üçün Alabəzək yırtıcı quş oldumu? Hər tərəfdən yırtıcı quşlar Onun üstünə töküldü. Gedin bütün vəhşi heyvanları toplayın, Yeyib-qurtarmaq üçün onun üstünə gətirin.


Çünki Xudavənd Rəbb belə deyir: “Səni nifrət etdiyin adamlara, iyrəndiyin adamlara təslim edəcəyəm.


Babil padşahı Rivlada Sidqiyanın gözü önündə onun oğlanlarını öldürtdü. Babil padşahı bütün Yəhuda əyanlarını da öldürtdü.


跟着我们:

广告


广告