Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 33:26 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

26 eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd etməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshaq və Yaqub nəslinə padşahlıq etmək üçün seçəcəyəm. Çünki Mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm edəcəyəm”».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

26 eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd etməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshaq və Yaqub nəslinə padşahlıq etmək üçün seçəcəyəm. Çünki Mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm edəcəyəm”».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

26 еләҹә дә Јагуб нәсли илә гулум Давуду да рәдд етмәјәҹәјәм. Давудун оғулларындан бирини Ибраһим, Исһаг вә Јагуб нәслинә падшаһлыг етмәк үчүн сечәҹәјәм. Чүнки Мән онларын сүрҝүн олунмушларыны ҝери гајтараҹағам вә онлара рәһм едәҹәјәм”».

参见章节 复制




YEREMYA 33:26
17 交叉引用  

Rəbb belə deyir: «Əgər yuxarıda göylər ölçülə bilsə, Aşağıda yerin təməlləri üzə çıxarıla bilsə, Mən də onda bütün etdikləri işlərdən ötrü Bütün İsrail nəslini rədd edərəm» Rəbb belə bəyan edir.


Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.


Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyimə Mərhəmət edəcəyəm. “Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm. O isə Mənə “Allahımsan” deyəcək».


Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm».


Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam.


Efrayim əziz oğlum deyilmi? Mənim razı olduğum övlad deyilmi? Hər dəfə əleyhinə danışanda Yenə onu yadıma salıram. Ürəyim onun üçün sızlayır, Ona hədsiz rəhmim gəlir» Rəbb belə bəyan edir.


Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.


Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.


Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək.


Yəhuda nəslini qüvvətləndirəcəyəm, Yusif xalqını qurtaracağam. Sürgündən geri qaytaracağam, Çünki onlara acıyıram. Elə edəcəyəm ki, sanki onları Heç əvvəlcədən rədd etməmişəm. Çünki Mən onların Allahı Rəbbəm, Onlara cavab verəcəyəm.


Kahinlər, Levililər, xalqın bəziləri, ilahiçilər, məbəd qapıçıları və qulluqçuları öz şəhərlərində yerləşdilər. Beləliklə, İsraillilər isə öz şəhərlərində yerləşdilər.


Babil padşahı Navuxodonosorun Babilə apardığı əsirlər yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar.


Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram.


«Bu xalqın “Rəbb seçdiyi iki ailəni rədd etdi” dediyini görmürsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar.


Gündüz işıq olsun deyə günəşi çıxaran, Gecə işıq olsun deyə aya və ulduzlara qaydalar qoyan, Dalğaları kükrəsin deyə dənizi qabardan Rəbb – Adı Ordular Rəbbi Olan belə deyir:


跟着我们:

广告


广告