Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 30:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Rəbb belə deyir: “Qorxu səsi eşitdik, Asayiş deyil, dəhşət səsi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

5 Rəbb belə deyir: “Qorxu səsi eşitdik, Asayiş deyil, dəhşət səsi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

5 Рәбб белә дејир: “Горху сәси ешитдик, Асајиш дејил, дәһшәт сәси.

参见章节 复制




YEREMYA 30:5
22 交叉引用  

Bayramlarınızı yasa döndərəcəyəm, Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm, Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi O günü sona qədər acı edəcəyəm”.


O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar. Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək. Axı işıq qara buludlarla örtülüb.


Nə üçün mən bunu gördüm? Onlar dəhşətə düşüb geri döndü, Döyüşçüləri məğlub oldu, Tez qaçıb heç geriyə də baxmadı. Hər tərəfdə dəhşət var!» Rəbb belə bəyan edir.


Çobanların fəryadını, Sürü başçılarının bağırtısını eşit, Çünki Rəbb onların otlaqlarını viran edir.


Çünki Siondan fəryad səsi eşidilir: «Biz necə talan olunduq, Yaman rüsvay edildik. Çünki ölkəni tərk edirik, Məskənlərimiz dağıdılır».


Baxın uzaq ölkədən Əziz xalqımın fəryadını eşidirəm: «Məgər Rəbb Sionda yoxdur? Onun padşahı orada deyilmi? Onlar nə üçün oyma bütləri, Yad olan puç şeyləri ilə Məni qəzəbləndirirlər?


Hamımız ayı kimi nərildəyirik, Göyərçin tək inildəyirik. Ədalət gözləyirik, lakin heç bir şey yoxdur. Qurtuluş gözləyirik, amma bizdən uzaqdır.


Dandan onların atlarının fınxırtısı eşidilir, Ayğırlarının kişnəmə səsindən Bütün ölkə titrəyir. Onlar gəlir, Torpağı və orada olan hər şeyi, Şəhəri və orada yaşayanları yeyib-qurtarır.


Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi. Çünki ölkənin bir ucundan o biri ucuna qədər Rəbbin qılıncı qırıb-çatır. Heç kim salamat qalmır.


İsrail və Yəhuda üçün Rəbbin söylədiyi sözlər bunlardır.


Rəbb belə deyir: «Budur, şimal ölkəsindən Bir xalq gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət hərəkətə gəlir.


Ey əziz xalqım! Çul geyin və küldə yuvarlan. Vahid oğluna yas tutan kimi Yas tutub acı-acı ağla. Çünki məhv edən qəflətən başımızın üstünü alacaq.


Budur, Mən amansız və qəddar milləti – Dünyanın dörd tərəfinə yüyürən, Özgə məskənləri zəbt edən Xaldeyliləri qaldırıram.


Padşahlara rişxənd edirlər, Hökmdarlara gülürlər. Hər qalalı şəhərə lağ edirlər, Oraya torpaq qalağı töküb ələ keçirirlər.


跟着我们:

广告


广告