Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 30:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Məhkəmədə işinə baxan yoxdur, Xəstəliyinə dərman yoxdur, Sənin dərdinə əlac yoxdur.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

13 Məhkəmədə işinə baxan yoxdur, Xəstəliyinə dərman yoxdur, Sənin dərdinə əlac yoxdur.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

13 Мәһкәмәдә ишинә бахан јохдур, Хәстәлијинә дәрман јохдур, Сәнин дәрдинә әлаҹ јохдур.

参见章节 复制




YEREMYA 30:13
25 交叉引用  

Ey bakirə qıza bənzəyən Misir, Gileada çıx, məlhəm al. Çoxlu dərman içməyin əbəsdir, Sənin dərdinə əlac yoxdur.


Məgər Gileadda məlhəm yoxdur? Orada həkim yoxdur? Əgər varsa, Əziz xalqıma nə üçün şəfa verilmədi?


Yenə də bu şəhərə sağlamlıq və şəfa verəcəyəm. Əhalisini sağaldacağam, onların tam salamatlıq və əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm.


Rəbb bəyan edir: “Mən səni yenə sağaldacağam, Yaralarına şəfa verəcəyəm. Çünki deyirlər ki, Sion rədd edilib, Onu axtaran yoxdur”.


Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.


O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.


Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?


«Onların dönüklüyünə əlac edəcəyəm, Onları ürəkdən sevəcəyəm, Çünki qəzəbim onlardan vaz keçdi.


«Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq.


Onların içində bir adam axtardım ki, divarı təmir etsin və Mənim hüzurumda ölkə naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan etməyim, ancaq belə adam tapmadım.


Rəbb gördü ki, heç kim yoxdur, Havadarın olmadığına görə O mat qaldı. Onda Onun qolu Ona zəfər gətirdi, Salehliyi Ona dayaq oldu.


Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır.


Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər? Üzünü gizlədərsə, kim Onu görə bilər? Hər millət, hər insan üçün O eynidir ki,


Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar.


İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz.


«Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm».


Ya Rəbb, mənə şəfa versən, Mən sağalaram. Məni xilas etsən, Mən xilas olaram. Çünki həmd etdiyim Sənsən.


Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir.


Bir bulaqdan necə su axarsa, Bu şəhərdən də eləcə pislik fışqırır. İçində zorakılıq və soyğunçuluq səsi eşidilir. Önümdə həmişə dərd və yara görürəm.


«Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin.


Ey Yerusəlim qızı, sənə nə deyim? Səni kimlə müqayisə edim? Ey bakirə Sion qızı, səni kimə bənzədim? Bununla mən sənə təsəlli verə bilim? Çünki yaran dəniz qədər dərindir, Sənə kim şəfa verə bilər?


跟着我们:

广告


广告