Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 3:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Mən dedim: “Necə də istərdim, səni oğullarımın arasına qoyum, Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim! Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız, Məndən üz döndərməyəcəksiniz.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Mən dedim: “Necə də istərdim, səni oğullarımın arasına qoyum, Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim! Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız, Məndən üz döndərməyəcəksiniz.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Мән дедим: “Неҹә дә истәрдим, сәни оғулларымын арасына гојум, Сәнә фүсункар торпағы – милләтләр арасында ән ҝөэәл ирси верим! Ҝүман етдим ки, Мәни ‹Ата› дејә чағыраҹагсыныэ, Мәндән үэ дөндәрмәјәҹәксиниэ.

参见章节 复制




YEREMYA 3:19
32 交叉引用  

İndi Məni “Atam, cavanlığımdan bəri mənim dostumsan.


Onlar ağlaya-ağlaya gələcək, Yalvardıqları zaman Onlara yol göstərib geri qaytaracağam. Axar sular boyunca Büdrəməyəcəkləri düz yolla aparacağam. Çünki Mən İsrailin atasıyam, Efrayim də ilk oğlumdur.


Sənsən Atamız. İbrahim bizi tanımasa da, İsrail bizim kim olduğumuzu bilməsə də, Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın «Bizi Satınalan»dır.


Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.


Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün.


Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.


Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı.


Öz padşah çadırlarını dənizlə gözəl müqəddəs dağın arasında quracaq. Ancaq onun aqibəti çatacaq və heç kəs ona kömək edə bilməyəcək.


Gözəl ölkəyə də girəcək. Çoxlu ölkə işğal olunacaq, ancaq Edom, Moav və Ammonluların başçıları onun əlindən qurtaracaq.


İstilaçı şimal padşahı istədiyini edəcək və heç kəs onun qarşısında dura bilməyəcək. Gözəl ölkədə bir müddət qalacaq və oranı viran etməyə qadir olacaq.


Onların birindən başqa bir kiçik buynuz çıxıb cənuba, şərqə və Gözəl ölkəyə doğru çox uzandı.


O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam.


Efrayim əziz oğlum deyilmi? Mənim razı olduğum övlad deyilmi? Hər dəfə əleyhinə danışanda Yenə onu yadıma salıram. Ürəyim onun üçün sızlayır, Ona hədsiz rəhmim gəlir» Rəbb belə bəyan edir.


Çoxlu çoban bağımı viran etdi, Tarlamı tapdalayıb əzdi, Gözəl zəmimi boş çölə çevirdi.


«Buna görə səni necə bağışlaya bilərəm? Övladların Məni tərk etdi, Allah olmayan bütlərin adı ilə and içdi. Mən onları doydurdum, Amma onlar zina etdi, Fahişələrin evlərinə yığışdı.


Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik.


Hikmətlilər şərəfi irs alacaq, Axmağın nəsibi şərəfsizlik olacaq.


Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin.


O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər.


Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına etdiyim yaxşılıqları, verdiyim əmin-amanlığı görəndə qorxuya düşüb titrəyəcək”.


Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın.


跟着我们:

广告


广告