Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 2:26 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

26 Oğru tutulanda necə utanırsa, İsrail nəsli də padşahları, başçıları, kahinləri Və peyğəmbərləri ilə birgə eləcə utanırlar.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

26 Oğru tutulanda necə utanırsa, İsrail nəsli də padşahları, başçıları, kahinləri Və peyğəmbərləri ilə birgə eləcə utanırlar.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

26 Оғру тутуланда неҹә утанырса, Исраил нәсли дә падшаһлары, башчылары, каһинләри Вә пејғәмбәрләри илә бирҝә еләҹә утанырлар.

参见章节 复制




YEREMYA 2:26
18 交叉引用  

Çünki İsrail və Yəhuda övladlarının – özlərinin, padşahlarının, başçılarının, kahinlərinin, peyğəmbərlərinin, Yəhudada və Yerusəlimdə yaşayanların Məni qəzəbləndirmək üçün etdikləri pisliklərin sayı-hesabı yoxdur.


Atalarımızın dövründən bu günə qədər böyük günah içindəyik. Ona görə də hər zaman bugünkü kimi biz, padşahlarımız, kahinlərimiz təqsirlərimiz üzündən yadelli padşahlara təslim edilib qılınca, əsirliyə, talana, rüsvayçılığa düçar olduq.


Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür.


Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən?


Nə üçün tez-tez dolanıb dönüklük edirsən? Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan.


Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.


Onda öz rüsvayçılığının yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən onlara təsəlli oldun.


Kahinləri Mənim qanunumu pozdu, müqəddəs şeylərimi murdarladı, müqəddəs şeyi adi şeydən ayırmadı, murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar Mənim Şənbə günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq etdi.


Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi, «Oğrunun evinə və Mənim adımla Yalandan and içən adamın evinə lənət girəcək, O evin içində qalacaq, Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək».


Bütləri düzəldən adamlar puçdur, Zövq aldıqları əşyalardan heç bir xeyir yoxdur. Bütlərə qulluq edənlər heç bir şey görmür, Heç bir şey bilmir, Onlar axırda xəcalət içində olacaq.


Budur, bunları düzəldənlərin hamısı xəcalət içində olacaq. Ustalar isə özləri də insandır, Qoy onların hamısı toplaşıb məhkəmədə dursun, Dəhşətə düşüb birlikdə xəcalət çəksin.


«O gün padşahın və başçıların Ürəyi gedəcək» Rəbb belə bəyan edir. «Kahinlər çaşacaq, Peyğəmbərlər karıxacaq».


Külək bütün başçılarını alıb-aparacaq, Müttəfiqlərin sürgünə gedəcək. O zaman etdiyin bütün pisliklərdən ötrü Utanıb rüsvay olacaqsan.


跟着我们:

广告


广告