Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 2:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Bir millət allahlarını dəyişdirdimi? Əslində onlar allah deyil. Ancaq Mənim xalqım öz Calalını faydasız bütlərə dəyişdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

11 Bir millət allahlarını dəyişdirdimi? Əslində onlar allah deyil. Ancaq Mənim xalqım öz Calalını faydasız bütlərə dəyişdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

11 Бир милләт аллаһларыны дәјишдирдими? Әслиндә онлар аллаһ дејил. Анҹаг Мәним халгым өэ Ҹалалыны фајдасыэ бүтләрә дәјишди.

参见章节 复制




YEREMYA 2:11
23 交叉引用  

fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər.


allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi.


Adam da özünə bütlər düzəldər? Axı onlar allah deyil.


Bütün xalqlar, Öz allahlarının adı ilə getsələr belə, Biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik.


Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqası yoxdur».


Kahinlər ‹Rəbbi axtaraq› demədilər, Qanun müəllimləri Məni tanımadılar, Rəhbərlər Mənə qarşı üsyan etdilər, Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, Faydasız şeylərin dalınca getdilər”.


Rəbb belə deyir: “Atalarınız Məndə nə haqsızlıq tapdılar ki, Məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər, Özləri də puç adam oldular.


Ey İsrail! Nə bəxtiyarsan, Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır. Sənə düşmənlər yaltaqlanır, Sən onların yuxarı yerlərini tapdalayırsan».


Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil,


Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz.


Çünki Allahın sandığı ələ keçmiş, qayınatası ilə əri ölmüşdü. Buna görə də «İsrail şərəfdən düşdü» deyərək körpəsinin adını İkavod qoydu.


Amma Harun nəslindən olan Rəbbin kahinlərini və Levililəri qovmadınızmı? Başqa ölkələrin xalqlarının qaydasına görə özünüzə kahinlər qoymadınızmı? Buğa və yeddi qoçla təqdis olunmaq üçün gələn hər kəs yalançı allahların kahini ola bilər.


«Buna görə səni necə bağışlaya bilərəm? Övladların Məni tərk etdi, Allah olmayan bütlərin adı ilə and içdi. Mən onları doydurdum, Amma onlar zina etdi, Fahişələrin evlərinə yığışdı.


Buna görə Rəbb belə deyir: «İndi millətlər arasında soruşun ki, Kim belə sözlər eşitmişdir? Bakirə qıza bənzəyən İsrail Dəhşətli bir iş etdi.


Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız».


Ona görə ki bütlərindən ötrü Mənə yad olan bütün İsrail nəslinin ürəyini yenidən Özümə cəlb edim”.


Yad allahlarla Allahı qısqandırdılar, İyrənc əməllərlə Onu qəzəbləndirdilər.


Məni Allah olmayanlarl qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm.


Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi.


Rəbbin mələyi Tişbeli İlyasa dedi: «Qalx Samariya padşahının qasidlərini qarşılamaq üçün çıx və onlara de: “İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etməyə gedirsiniz?”


跟着我们:

广告


广告