Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 14:17 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

17 Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

17 Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

17 Онлара бу сөэү сөјлә: “Гој ҝөэләрим ҝеҹә-ҝүндүэ Дајанмадан јаш төксүн. Чүнки бакирә гыэа бәнэәјән әэиэ халгым Ағыр бир јара алды, Шиддәтли бир эәрбә једи.

参见章节 复制




YEREMYA 14:17
20 交叉引用  

Əziz xalqımın yarasından Mən də yaralandım, Yas tutub dəhşətə gəldim.


Ey Yerusəlim qızı, sənə nə deyim? Səni kimlə müqayisə edim? Ey bakirə Sion qızı, səni kimə bənzədim? Bununla mən sənə təsəlli verə bilim? Çünki yaran dəniz qədər dərindir, Sənə kim şəfa verə bilər?


Ancaq siz ona qulaq asmasanız, Gözlərim acı-acı yaş tökəcək, Göz yaşları sel kimi axacaq. Çünki Rəbbin sürüsünü Sürgün etdilər.


Kaş ki başım bulaq olaydı, Gözlərim yaş çeşməsinə dönəydi, Əziz xalqımdan öldürülənlərə Gecə-gündüz yas tutaydım.


Buna görə Mən sizi vurmağa, Günahlarınıza görə əzab verməyə başladım.


Xalq Xudavəndə ürəkdən fəryad etdi, Ey Sion qızının divarı! Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın, Dincəlmə, aç gözlərini, yumulmasın.


Əzabıma görə vay halıma! Yaram sağalmaz. Ancaq mən dedim: «Həqiqətən, bu mənim dərdimdir, Mən də ona dözməliyəm.


Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır.


“İsrail zorlanmış bir qız kimi yıxılıb, Bir daha qalxmayacaq. Öz torpağı üstə atılıb, Onu qaldıran yoxdur”.


Dərdimə təsəlli yoxdur, Ürəyim köksümdə taqətsizdir.


Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır.


Qoy onlar tələsib o qədər Bizim üçün fəryad etsinlər ki, Gözlərimizdən yaş axsın, Kirpiklərimizdən su süzülsün».


Buna görə Rəbb belə deyir: «İndi millətlər arasında soruşun ki, Kim belə sözlər eşitmişdir? Bakirə qıza bənzəyən İsrail Dəhşətli bir iş etdi.


Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır.


跟着我们:

广告


广告