Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 13:22 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

22 Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

22 Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

22 Әҝәр үрәјиндә «Бүтүн бунлар нә үчүн башыма ҝәлди» десән, Бил ки, ҝүнаһынын чохлуғундан Әтәкләрин галдырылды вә эорландын.

参见章节 复制




YEREMYA 13:22
24 交叉引用  

Ordular Rəbbi bəyan edir: «Ey Nineva, Mən sənin əleyhinəyəm! Paltarının ətəyini üzünə qaldıracağam, Çılpaqlığını millətlərə göstərəcəyəm, Ayıbını ölkələrə açacağam.


Bir vaxt onlar soruşacaq: “Nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi?” Onda onlara belə söylə: “Necə Məni tərk edərək öz ölkənizdə yad allahlara xidmət etdinizsə, eləcə də özgə ölkədə yadellilərə xidmət edəcəksiniz”.


İndi oynaşlarının önündə Onun ayıbını üzə çıxaracağam. Kimsə onu əlimdən qurtara bilməyəcək.


Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir.


Bundan ötrü Mən də sənin ətəklərini Üzünə qaldıracağam ki, Ayıbın görünsün.


Bəlkə düşünürsünüz ki, bu millətlər bizdən güclüdür, onları necə qova bilərik?


Buna görə də Xudavənd Sion qızlarının başlarına qotur salacaq. Ayıb yerlərini açıb göstərəcək.


O zaman Yerusəlimin hər tərəfini Çıraqlarla axtaracağam, Firavan yaşayan qayğısızları, Ürəklərində «Rəbb nə yaxşılıq, nə də pislik – Heç nə etməz» Deyənləri cəzalandıracağam.


Efrayim deyir: «Doğrudan da, mən varlandım, Özüm üçün sərvət topladım. Çoxlu şeylər qazansam da, Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».


Yoxsa onu çıl-çılpaq soyundurub Lüt, anadangəlmə edəcəyəm. Mən onu səhra, quru torpaq kimi edəcəyəm, Susuzluqdan öldürəcəyəm.


İndi isə qulaq as, ey əmin-amanlıqda yaşayan zövq düşkünü! Sən ürəyində deyirdin: “Mən mənəm, Məndən başqası yoxdur. Heç vaxt dul qalmayacağam, Övlad itirmək dərdini bilməyəcəyəm”.


elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq.


“Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz.


Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq deməyəsiniz”.


Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”.


Sənin paltarlarını soyunduracaq, gözəl bəzəklərini alacaqlar.


Onların anası zina etdi. Onlara hamilə qalan qadın rəzillik etdi, Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, Axı çörəyimi, suyumu, yunumu, kətanımı, Zeytun yağımı və içkimi verən onlardır”.


跟着我们:

广告


广告