Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 12:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

7 Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

7 Евими тәрк етдим, Ирсими әлдән вердим, Севҝилими дүшмәнләрә тәслим етдим.

参见章节 复制




YEREMYA 12:7
23 交叉引用  

Ya Rəbb, xalqını – Yaqub nəslini atdın, Çünki onlar Şərqdən gələn mövhumatlara uymuşdular, Filiştlilər kimi falçılıq edirlər, Əcnəbilərin adət-ənənələrinə əməl edirlər.


Sevimli xalqım, pis niyyətlər qurarkən Mənim evimdə nə işin var? Təqdis olunmuş ətin çoxluğu ilə Üzərinizdən bəla çəkilərmi? Çünki sən pis iş görəndə sevinirsən.


Rəbb deyir: «Onlar bütün pis əməllərini Qilqalda edir, Orada onlara nifrət etdim. Etdikləri günahlardan ötrü Onları evimdən qovacağam. Artıq onları sevməyəcəyəm. Bütün başçıları üsyankardır.


Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.


Bütün millətləri yığıb Yehoşafat vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrü Orada millətləri mühakimə edəcəyəm, Çünki xalqımı millətlər arasınde dağıtdılar, Torpağımı da böldülər.


Sionda şeypur çalın, Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın.


İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək.


Ancaq İsrailin Müqəddəsinə qarşı Ölkələri təqsirlə dolduğu halda Özlərinin Allahı Ordular Rəbbi İsrail və Yəhuda xalqlarını tərk etmədi.


Ey Yerusəlim, saçını kəsib at, Çılpaq təpələr üzərində mərsiyə oxu, Çünki Rəbb qəzəbləndiyi nəsli Rədd edib tərk etdi.


Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm.


Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir.


Sənə verdiyim irsi Öz qəbahətinlə yox edəcəksən. Tanımadığın ölkədə səni Düşmənlərinə qul edəcəyəm. Çünki siz Mənim qəzəbimdən Od alışdırdınız, O əbədi yanacaq».


«Əgər bu xalqdan biri yaxud bir peyğəmbər ya da bir kahin səndən “Bəs Rəbbin yük olan kəlamı nədir?” soruşsa, ona söylə: “Yük sizsiniz. Mən sizi atacağam” Rəbb belə bəyan edir.


Buna görə də sizi tamamilə unudacağam, sizi də, özünüzə və atalarınıza verdiyim şəhəri də önümdən rədd edəcəyəm.


İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım.


Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır».


İrsimin qalanlarından üz döndərəcəyəm, onları düşmənlərinə təslim edəcəyəm və düşmənləri onları soyub talan edəcək.


Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi.


Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir.


跟着我们:

广告


广告