Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 10:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır!

参见章节 复制

Azərbaycan Bibliyası 2008

8 Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır!

参见章节 复制

МУГӘДДӘС КИТАБ

8 Бүтләрә сәҹдә едәнләрин һамысы Ағылсыэ вә ахмагдыр, Бош шејләрдән тәлим алырлар. Бүт бир ағаҹдыр!

参见章节 复制




YEREMYA 10:8
16 交叉引用  

Ancaq ev bütlərindən alınan vədlər boş şeydir. Falçılar boş görüntülər görür, Mənasız yuxular danışaraq Əbəs yerə təsəlli verir. Buna görə də xalq sürü kimi dağınıqdır, Zəhmət çəkirlər, çünki bir çoban yoxdur.


Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur.


Sənətkarın oyduğu yonma ya tökmə bütün Yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, Amma onun düzəltdiyi Dilsiz bütdən başqa nədir ki?


Buna fikir vermirlər, bilmirlər, Dərk etmirlər ki, belə desinlər: «Odunun bir hissəsini yandırdım, Közündə də çörək bişirdim, ət qızartdım, yedim. Qalığından bir murdar şey düzəldimmi? Bir parça taxtanın qarşısında yerə sərilimmi?


Budur, hamısı puçdur, Etdikləri işlər də heç bir şeydir, İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir.


Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər.


Onlar ağaca ‹atamsan›, daşa ‹bizi sən doğdun› deyir. Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər. Ancaq üstlərinə bəla gələndə ‹qalxıb bizi qurtar› deyirlər.


Xalqım ağacdan olan əşyaya sual verir, Əsalarından cavab alır, Çünki xəyanət ruhu onları azdırdı. Özlərinin Allahından ayrılıb xəyanət etdilər.


Onlar bilmir, dərk etmir, Çünki gözləri də, zehinləri də elə bağlıdır ki, Görməzlər, anlamazlar.


Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi.


Mən dedim: «Bunlar ancaq yoxsul, ağılsız avamlardır, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilmirlər.


Puç olan bütlərə səcdə edənlər Onlara verilən lütfdən imtina edərlər.


跟着我们:

广告


广告