Biblia Todo Logo
在线圣经

- 广告 -




YEREMYA 10:25 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

25 Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök. Çünki onlar Yaqub nəslini yedi, Onu yeyib-qurtardı, Yurdunu viran etdi».

参见章节 复制

Azərbaycan Bibliyası 2008

25 Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök. Çünki onlar Yaqub nəslini yedi, Onu yeyib-qurtardı, Yurdunu viran etdi».

参见章节 复制

МУГӘДДӘС КИТАБ

25 Гәэәбини Сәни танымајан милләтләрин, Адыны чағырмајан тајфаларын үэәринә төк. Чүнки онлар Јагуб нәслини једи, Ону јејиб-гуртарды, Јурдуну виран етди».

参见章节 复制




YEREMYA 10:25
28 交叉引用  

Dandan onların atlarının fınxırtısı eşidilir, Ayğırlarının kişnəmə səsindən Bütün ölkə titrəyir. Onlar gəlir, Torpağı və orada olan hər şeyi, Şəhəri və orada yaşayanları yeyib-qurtarır.


Bəli, pislərin həyatının aqibəti budur, Allahı tanımayanların məskəni budur».


O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq.


Qayğısız olan millətlərə qarşı çox qəzəbliyəm. Çünki Mən hələ az qəzəbləndiyim zaman Onlar öz pis əməllərini daha da artırdı”.


Rəbbin yolundan dönənləri, Rəbbə müraciət etməyənləri, Rəbdən məsləhət almayanları Buradan yox edəcəyəm».


İsrail dağılmış bir sürüyə bənzər, Onu aslanlar qaçırtdı. Onu əvvəl Aşşur padşahı yedi, Sonra Babil padşahı Navuxodonosor Onun sümüklərini qırdı».


Kim onları tapdısa, yedi. Düşmənləri dedi: “Biz təqsirkar deyilik, Çünki onlara əsl otlaq olan Rəbbə – Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”.


Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram.


Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm.


Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər.


Buna görə Rəbb bəyan edir: «Şahid kimi qalxdığım Günə qədər Məni gözləyin. Çünki Mən millətləri yığmağı Padşahlıqları toplamağı qərara almışam. Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm. Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq.


Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi.


Sənin adını çəkən yoxdur, Sənə bağlanmaq üçün can atan yoxdur. Çünki bizdən üz döndərdin, Şər əməllərimizə görə bizi yox etdin.


Lakin sən, ey Yaqub nəsli, Mənim adımı çağırmadın, Ey İsrail, Məndən bezdin.


Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim.


Aramlılar şərqdən, Filiştlilər qərbdən Ağızlarını açıb İsraili udacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.


Rəbdən Yeremyaya bu söz nazil oldu:


Ancaq səni yeyənlərin də hamısı yem olacaq. Bütün düşmənlərin sürgünə gedəcək. Səni soyanlar soyulacaq, Səni qarət edənlər qarət olunacaq”.


跟着我们:

广告


广告