Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 42:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

19 Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

19 Әҝәр сиэ тәмиэ адамсыныэса, гој гардашларыныэдан бири һәбс олундуғунуэ јердә галсын, сиэ исә ҝедиб аиләләриниэи аҹлыгдан гуртармаг үчүн тахыл апарын.

参见章节 复制




Yaradılış 42:19
13 交叉引用  

Başçılar Yeremyaya qəzəblənib onu döydülər. Sonra onu mirzə Yonatanın evinə – həbsxanaya saldılar, çünki o evi həbsxana etmişdilər.


Lakin bu qarət olunmuş, soyulmuş xalqdır. Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır. Onlar ovlanıb və qurtaranları yoxdur. Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.


Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən.


Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi.


Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər.


Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi.


və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı.


Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil».


Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram.


Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər.


O ölkənin başçısı olan adam bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini yanımda qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin.


跟着我们:

广告


广告