Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 39:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

4 Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

4 Јусиф ағасынын ҝөэүндә лүтф тапды вә онун шәхси хидмәтчиси олду. Ағасы Јусифи евинә нәэарәтчи тәјин етди вә өэүнә мәхсус олан һәр шеји онун ихтијарына верди.

参见章节 复制




Yaradılış 39:4
23 交叉引用  

Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin.


Əncir becərən barını yeyər, Ağasının qayğısına qalan şərəfləndirilər.


Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib.


Bir gün İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: «Əlini budumun altına qoyub


İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram.


İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar.


Ağıllı nökər adbatıran oğlun ağası olar, Qardaşlar arasında miras payı alar.


Rəbb insanın həyatından razı qaldısa, Düşmənlərini belə, onunla barışdırar.


Yaqub dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü görmüş sandım, mənə qarşı çox xeyirxah oldun.


«Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə.


Padşah ağıllı qulundan razı qalar, Adbatıransa onun qəzəbinə düçar olar.


Sonra Şaul Yesseyin yanına adam göndərib dedi: «Rica edirəm, qoy Davud yanımda qalsın, çünki o, gözümdə lütf tapıb».


Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün».


Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım».


İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq».


Döyüş arabalarının yarısına başçılıq edən əyanı Zimri ona qəsd hazırladı. Ela Tirsada, öz saray rəisi olan Arsanın evində içib sərxoş olarkən


Nökər cavab verdi: «Bu cavan qadın Moavlıdır. O, Moav torpağından buraya Naomi ilə birlikdə gəlib.


Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı.


Bu qız Heqayın xoşuna gələrək hüs-nrəğbətini qazandı. Heqay dərhal onu təravətləndirmək üçün lazımi vəsait və xüsusi yeməklərlə təmin etdi. Esterə padşah sarayından münasib görülən yeddi qız təyin edərək onunla xidmətçi qızlarını hərəmxananın ən yaxşı yerinə apartdırdı.


Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.


跟着我们:

广告


广告