7 İbrahim yüz yetmiş beş il ömür sürdü.
7 Ибраһим јүэ јетмиш беш ил өмүр сүрдү.
İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi.
Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı».
İshaq yüz səksən il ömür sürdü.
O qocalıb yaşa dolaraq canını tapşırdı və ölüb əcdadlarına qoşuldu. Oğulları Esav və Yaqub onu basdırdılar.
Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il ömür sürdü.
Yusif yüz on yaşında öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular.