Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 24:29 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

29 Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına – bulağa qaçdı.

参见章节 复制

Azərbaycan Bibliyası 2008

29 Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına – bulağa qaçdı.

参见章节 复制

МУГӘДДӘС КИТАБ

29 Ривганын бир гардашы вар иди, ады Лаван иди. Лаван чыхыб о адамын јанына – булаға гачды.

参见章节 复制




Yaradılış 24:29
8 交叉引用  

Yaqub onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar dedilər: «Tanıyırıq».


Lavan bacısı oğlu Yaqubun gəldiyini eşidəndə onu qarşılamağa qaçdı. Onu qucaqlayıb öpdü və evinə gətirdi. Yaqub hər şeyi Lavana danışdı.


Qızın qardaşı ilə anası dedilər: «Qoy qız bizimlə heç olmasa on gün qalsın, sonra gedər».


Rivqaya xeyir-dua verib dedilər: «Ey bacımız, Minlərlə, on minlərlə övlada ana olasan! Qoy nəslin yağıların yurduna sahib olsun!»


O, bacısının burun halqasını və qollarındakı bilərziyi görəndə, bacısı Rivqanın «bu adam mənimlə belə danışdı» sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq başında dəvələrin yanında dayanmışdı.


İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi.


Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın yanına qaç.


Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al.


跟着我们:

广告


广告