Biblia Todo Logo
在线圣经

- 广告 -




Yaradılış 22:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?»

参见章节 复制

Azərbaycan Bibliyası 2008

7 İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?»

参见章节 复制

МУГӘДДӘС КИТАБ

7 Исһаг атасы Ибраһими чағырды: «Ај ата!» О ҹаваб верди: «Бурадајам, оғлум». Исһаг деди: «Од вә одун вар, бәс јандырма гурбаны олаҹаг гуэу һарададыр?»

参见章节 复制




Yaradılış 22:7
12 交叉引用  

Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik.


Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?»


İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun».


İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun».


Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün.


Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi.


Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur!


İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!»


Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.


İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». Onlar birlikdə getdilər.


Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir.


跟着我们:

广告


广告